Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Gürcüstanda azərbaycanlı qadın 7 yaşlı oğlunu öldürüb.Hadisə Bolnisi rayonunun Dəmirli kəndində qeydə alınıb.Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib, daha sonra isə öz həyatına qəsd edib. Qadın bıçaqla özünə xəsarətlər yetirsə də, həkimlər həyatını xilas edə biliblər.Qadın saxlanılıb və barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi açılıb.Yayılan məlumatlara görə, saxlanılan qadının psixi problemləri olub. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31