Sabunçudan qaçırılmış maşın Buzovnada saxlanıb

İyunun 29-da Sabunçu rayonu ərazisindən Rza Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

İyunun 29-da Sabunçu rayonu ərazisindən Rza Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobil üzərində Bakı şəhər sakini Elxan Abbasova məxsus "QAZ-31" markalı avtomobilə aid dövlət qeydiyyat nişanları olan vəziyyətdə Buzovna qəsəbəsi ərazisində saxlanıb. Qaçırılmış maşın Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən saxlanılıb və sürücü, paytaxt sakini Zakir Mustafayevlə birgə PB-yə gətirilib. Avtomobilə baxış zamanı "VAZ-2107" markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanları yük yerində aşkar edilərək götürülüb. Z.Mustafayev izahatında "QAZ-31" markalı avtomobilə aid dövlət qeydiyyat nişanlarını Maştağa qəsəbəsi ərazisindən tapmasını bildirib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il yanvarın 24-də Yalçın Şükürova məxsus "VAZ-2107" markalı avtomobili qaçırması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31