Dünya
Suriyada İsrail təyyarəsi vuruldu
Suriyada İsrailə aid hərbi təyyarə və pilotsuz aparat vurulub. Qafqazinfo xəbər verir ki, bu barədə Suriya ordusu məlumat yayıb. Lakin İsrail ordusunun rəsmisi xəbəri təkzib edib.
Ermənistanın sabiq baş naziri Dubaya qaçdı
Ermənistanın sabiq baş naziri Ovik Abramyan Dubaya gedib.
Fransada partlayış - xeyli yaralı var
Fransanın Dijon şəhərindəki yaşayış evində partlayış baş verib. RİA Novosti-nin verdiyi məlumata görə, partlayış nəticəsində xeyli insan yaralanıb. Binanın bir hissəsi dağılıb. Partlayışın səbəbi müəyyənləşdirilir.
Angela Merkel: "Aİ kritik vəziyyətdədir"
"Avropa İttifaqı kritik vəziyyətdədir və dəyişə bilmək qabiliyyətini təcrübədə göstərməlidir".
Uşaq doğmayan qadınlara 80 min dollar ödənilsin - QALMAQALLI TƏKLİF
Roma klubu hər doğulmamış uşaqdan imtinaya görə qadınlara 80 min dollar ödəməyi təklif edir. Şpigelə xəbər verir ki, alimlər, ictimai xadimlər və biznesmenləri birləşdirən beynəlxalq qeyri-hökümət təşkilatı - Roma klubunun bu təklifi aparılan araşdırmaların nəticələri kimi irəli sürülüb.
Gömrük ittifaqından ermənilərə sərf etməyən qərarNəzarət gücləndiriləcək
Ermənistandan və Gömrük ittifaqına üzv olan digər ölkələrdən Moskvaya qazanc əldə etməyə gedənlər Rusiya paytaxtı hökuməti tərəfindən ciddi nəzarətə götürüləcəklər. SİA xəbər verir ki, bu barədə “Qazeta.ru” yazır. Adıçəkilən nəşrə açıqlama verən Moskva regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin rəhbəri Aleksey Mayorov deyib ki, hazırda paytaxt ərazisində işləyən kifayət qədər vətəndaş var ki, onlar öz işlərini patentsiz görmək hüququna malikdirlər: “Onlar xüsusilə Gömrük İttifaqına daxil olan ölkələrin vətəndaşlarıdırlar. Lakin araşdırmalarımız göstərir ki, ticarət və s. xidmət sahələrində işləyən əksər vətəndaşların müvafiq tibbi sənədləri olmur. O cümlədən, işəgötürənlər onların vergi ödəmələri üçün qeydiyyata almalarında boşluqlara yol verirlər”.
Rusiya Türkiyənin bu şərtlərini qəbul edərsə...
Rusiya "Türk axını" ilə bağlı Türkiyənin şərtlərini qəbul etməsə də, indi vəziyyət dəyişə bilər. Bu sözləri axar.az-a "Türk axını" layihəsinin yenidən gündəmə gəlməsini şərh edərkən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, "Türk axını" layihəsinin məhz payızda gündəmə gəlməsi diqqət çəkir:
Səfirliklərin yaxınlığında terakt törətmək istəyən İŞİD-çilər tutuldular
Türkiyədə xarici diplomatik korpusların yaxınlığında terror aktı törətməyi planlaşdıran İŞİD terror təşkilatlarının üzvləri saxlanılıblar.
Neymar: "Özümü "Barcelona"dan kənarda görmürəm"
"Barcelona"nın ulduz futbolçusu Neymar reklam müqaviləsi ilə əlaqədar təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Goal.az xəbər verir ki, braziliyalı futbolçu PSG prezidenti ilə görüşdüyünü təsdiqləyib:
Özbəkistan prezidentliyinə ilk namizədin adı bəlli oldu
Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Şövkət Mirzəyev dövlət başçısı postuna namizədliyini verib. Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası Facebook səhifəsində məlumat verib.
PKK ilə əlbir olan partiya həmsədrinin müavini tutuldu
Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) həmsədrinin müavini Alp Altınorssaxlanılıb.
ABŞ-da 37 yaşlı erməni güllələndi
Los-Ancelesdə evinin qapısını açmaq istəyən erməni öldürülüb.
Türkiyədə PKK hücumu nəticəsində 9 nəfər şəhid olub
Türkiyənin Ağrı vilayətində PKK terrorçularının qoruyucu mövqelərinə hücumu nəticəsində 9 nəfər şəhid olub, 5 nəfər yaralanıb.
Rusiyada 13 yaşlı qız dərsdə ölüb
Rusiyanın Novosibirsk şəhərində 13 yaşlı qız rəqs dərsi zamanı ölüb.














