Dünya

Almaniyada məscidə çirkin hücum

7 Oktyabr 2016 15:32

Almaniya Şimali-Reyn Vestfaliya vilayətində Hamm-Heringen şəhərindəki ULU CAMİ Məscidinin divarlarına naməlum şəxslər tərəfindən türklər və müsəlmanlar əleyhinə yazılar yazılıb. Müsəlmanlar rədd olun, Almaniyadan rədd olun, Türkləri qazla zəhərləyəciyik yazıları yazılıb. Yerli xalq olayı polisə və Türkiyə Essen baş konsulluğuna bildiriblər.Hamm şəhərinin Bələdiyyə başcısı Tomas Hunsteger bu çirkin hadisədən hiddətləndiyini və pislədiynin bəyan edib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Belarus Rusiya ilə razılaşa bilmədi

7 Oktyabr 2016 15:17

Belarus qaz və neft tədarükü üzrə Rusiya ilə danışıqlar prosesindəki gərgin məqamlarla əlaqədar olaraq İranla neft tədarükü barədə danişiqlar aparır.

Putin ad günündə 10 generalı qovdu

7 Oktyabr 2016 15:03

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) 10-dan çox generalı işdən azad edilib. Report bildirir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Həmin generallar indiyə qədər DİN-in müxtəlif idarələrə rəhbərlik edirdilər.

Biabırçılıq: Türkiyədə erməni “ziyalıları”nın adları əbədiləşdirilir

7 Oktyabr 2016 14:48

PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyası Türkiyədə ermənilərin maraqlarına xidmət edən addımlar atır. “OLAYLAR”-ın Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinə (ASİMDER) istinadən verdiyi xəbərə görə, HDP-nin nəzarətində olan bələdiyyə ərazilərində erməni “ziyalılar”ın adlarının əbədiləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, bələdiyyə ərazilərinə aid küçə və meydanlara erməni yazıçı və şairlərinin adları verilir. Həmçinin HDP-nin nəzarətində olan bələdiyyələrdəki marketlər, iaşə obyektləri üzərinə erməni dilində də tanıtım löhələri vurulur. Qeyd edək ki, ASİMDER rəhbəri Göksəl Gülbey HDP-nin bu addımna qarşı kəskin etirazını bildirib.

BMT təmsilçisi “Ən-Nüsra” yaraqlılarına yalvarır: əhalini qırdırmayın, Hələbdən çıxın...

7 Oktyabr 2016 14:24

Bu gün BMT Təhlükəsizlik Şurası növbədənkənar toplantı keçirib Suriya məsələsini müzakirə edəcək. BMT Hələbin bombalanmasını dayandırmaqdan ötrü islamçı yaraqlıları yola gətirməyi, onların şəhərdən çıxmasına nail olmağı təklif edir.

Türkiyə XİN rəsmisi: “ABŞ tez bir zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir”

7 Oktyabr 2016 14:23

"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib".

"ABŞ tez bir zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir"

7 Oktyabr 2016 14:07

"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib". Virtualaz bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib.

"Kurtlar Vadisi Pusu"nun fanatlarına şad xəbər

7 Oktyabr 2016 13:25

"Kurtlar Vadisi Pusu" serialının fanatlarına şad xəbər var. Axşam.az bildirir ki, serialın indiyə qədər yayımlanmış bütün seriyaları "360 TV"də yayımlanacaq. Oktyabrın 10-dan etibarən hər gün bir seriya olmaqla, ekran işinin 13 mövsümü ardıcıl təqdim ediləcək.

Türkiyədə 166 polis əməkdaşı saxlanılıb

7 Oktyabr 2016 12:42

Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə 166 polis əməkdaşı saxlanılıb.

Ermənilər iriçaplı silahlara keçdi

7 Oktyabr 2016 12:01

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

Türkiyə Avropa İttifaqından 3 milyard avronu tələb edir

7 Oktyabr 2016 11:46

Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulmuş 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu dünən Ankarada mətbuat-konfransında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. “Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq.  Üç milyard avro gecikdirmədən  köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq”, - deyə nazir bildirib.   

Lavrov açıqladı: "Onlar heç kimə təhlükə yaratmır”

7 Oktyabr 2016 11:31

Moskva Suriyada “S-300” zenit-raket komplekslərini Rusiya hərbçilərinin etibarlı müdafiəsini təmin etmək məqsədi ilə yerləşdirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu  XİN rəhbəri Sergey Lavrov deyib. “Biz davam edən gərgin vəziyyətdə hərbçilərimizin, Hərbi-Kosmik Qüvvələrimizin, Tartus limanındakı maddi-texniki təminat məntəqəmizin etibarlı təhlükəsizliyini təmin etməliyik”, - deyə Lavrov qeyd edib.  “Təkrar edirəm:  “S-300” və “S-400” kompleksləri sırf müdafiə silahlarıdır. Onlar heç kimə təhlükə yaratmır”, - deyə o əlavə edib. 

ABŞ idmançılarına dopinqdən istifadəyə rəsmi icazə? QALMAQAL

7 Oktyabr 2016 11:27

ABŞ idmançılarına qadağan olunmuş dərman perparatlarının terapiya (TUE) məqsədi ilə istifadəsini sübut edən sənəd üzə çıxıb. SİA xəbər verir ki, bu barədə anonim hakerlərin saytı kimi fəaliyyət göstərən Fancy Bears məlumat yayıb.

Rusiya qırıcıları Finlandiyanın hava sərhədlərini pozdu- İDDİA

7 Oktyabr 2016 11:25

Rusiyaya məxsus SU-27 hərbi qırıcı təyyarələri ötən gün Finlandiyanın hava sərhədlərini iki dəfə pozub və bu ölkənin hava məkanına daxil olub.SİA xəbər verir ki, Finlandiyanın müdafiə naziri yaxın dəqiqələrdə sözügedən bəyanatla çıxış edib.  

Boşanma xəbərləri yenə də yalan çıxdı

7 Oktyabr 2016 11:23

Aktyor və rejissor Yılmaz Erdoğan dünən yayılan boşanma xəbərlərinə cavab verib. Axşam.az bildirir ki, onun aktrisa Belçim Bilgindən boşanmasını iddia edən növbəti xəbərlər də yalan çıxıb: