Dünya

Türkiyə-İsrail münasibətlərində ilk

13 Oktyabr 2016 13:09

İsrailin energetika naziri Yuval Steynits 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün İstanbula gəlib. Trend bildirir ki, bu, 6 ildən sonra İsraildən nazirlər səviyyəsində Türkiyəyə ilk rəsmi səfərdir. Y.Steynits tədbirdə çıxış edəcək, energetika və təbii resurslar naziri Berat Albayrakla görüşəcək.

Ermənistanın ən varlı insanlarından biri siyasətə qayıda bilər

13 Oktyabr 2016 13:07

Çiçəklənən Ermənistan Partiyasının qurucusu, Milli Olimpiya Komitəsinin sədri Qagik Sarukyan böyük siyasətə qayıda bilər. Trend bildirir ki, noyabrda partiyanın növbədənkənar qurultayı keçiriləcək. Qurultayda partiyanın Şura sədri vəzifəsi təsis ediləcək və bu vəzifənin Q.Sarukyanın tutması gözlənilir.

Şəhər bombalanacaq və 450 min insan...

13 Oktyabr 2016 12:52

Suriyanın şimalında İŞİD bəhanəsi ilə PKK-nın qolu olan PYD-ni yerləşdirən ABŞ eyni ssenarini İraqda Mosul şəhərində tətbiq etməyə hazırlaşır.

Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi ərazi yenidən atəşə tutulub

13 Oktyabr 2016 12:43

Suiryanın paytaxtı Dəməşqdə Rusiya Federasiyası səfirliyinin yerləşdiyi ərazi yenidən minaatanlardan atəşə tutulub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

13 Oktyabr 2016 12:23

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın “Rostex və “Qosoboroneksport” dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

Məktəbdə BİABIRÇILIQ

13 Oktyabr 2016 12:09

Türkiyə məktəblərinin birində çəkilən görüntülər ölkənin gündəmini zəbt edib. Milli.Az "Yaşam"a istinadla bildirir ki, Qaziantepdə çəkildiyi deyilən görüntülərdə şagirdin tualet təmizləməsi əks olunub.  Məktəbin direktoru isə yayılan xəbərləri təkzib edib. O, bildirib ki, məktəbdə belə hal ola bilməz.

İnanılmaz: Putinin mobil nömrəsi açıqlandı

13 Oktyabr 2016 12:04

İnternetdə Rusiya prezidenti Vladimir Putin və başqa 78 milyon Rusiya vətəndaşının nömrəsi yerləşdirilib. Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, internetdə phonenumber.to adlı sayt peyda olub. Sözügedən saytda Rusiya vətəndaşlarının adları, soyadları, ünvanları və mobil nömrələri yerləşdirilib. İstənilən şəxs heç bir ödəniş etmədən bu məlumatları əldə edə bilər. Bu nömrələrin səhv və ya düz olduğunu yalnız yoxlayaraq öyrənmək mümkündür.

Türkiyədə mina partladı: 1 şəhid, 5 yaralı

13 Oktyabr 2016 12:02

Türkiyə səhəri yenə qara xəbərlə açıb. Milli.Az "sputniknews"a istinadla xəbər verir ki, Türkiyənin Şırnak vilayətinin Beytüşebbap mahalında mina partlayıb. Nəticədə 1 əsgər şəhid olub, 5 əsgər yaralanıb.

"Əllərini bədənimin hər yerinə toxundururdu"

13 Oktyabr 2016 11:57

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampla bağlı daha bir sensasion məlumat yayılıb. Azvision.az bildirir ki, məlumatda Trampın qadınlara cinsi təcavüz etdiyi iddia edilir. 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: "O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi".

KİV: Ermənistanın dövlət borcu artır

13 Oktyabr 2016 11:55

Bu ilin 9 ayı ərzində Ermənistanın dövlət borcu 517 mln. 200 min dollar artaraq 5 mlrd. 594 mln. 900 min dollara yüksəlib. “APA-Economics” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təkcə son bir ayda Ermənistanın dövlət borcu 100 mln. dollar dəyərində artıb.

ABŞ Yəmən ərazisini atəşə tutub

13 Oktyabr 2016 11:54

ABŞ ordusu Yəmən ərazisini atəşə tutub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərbələr Yəməndə yerləşən radiolokasiya qurğularına endirilib.

Sevinc Fətəliyeva AŞPA-da alt komitənin sədri seçilib

13 Oktyabr 2016 11:50

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı(AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumda yeni vəzifəyə seçilib. SİA-nın məlumatına görə, bu barədə S.Fətəliyeva öz “Facebook” səhifəsində yazıb.  

Türkiyədən İŞİD-ə yeni zərbə

13 Oktyabr 2016 11:43

Türkiyə Hərbu Hava Qüvvələri (HHQ) “Fırat qalxanı” əməliyyatı çərçivəsində 9 hərbi uçuş zamanı Suriyada İŞİD terror təşkilatının silahlılarıının mövqelərini məhv edib. Trend bu barədə “Haberturk” qəzetinə istinadən məlumat verir.

"Kurtlar Vadisi" yayımlanmayacaq?

13 Oktyabr 2016 11:39

Bir neçə gün əvvəl Beyaz Tv-də məşhur türk serialı "Kurtlar Vadisi" ilə bağlı iddialar səsləndirilmişdi. Serialın yayımlanmayacağı deyilirdi.

Vladimir Putin: "Rusiya AİB və İpək Yolunun tərəfdaşlıq ideyasını irəli sürüb"

13 Oktyabr 2016 11:37

"Avrasiya İqtisadi Birliyi və İpək Yolu layihəsinin tərəfdaşlıq etməsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin də iştirakı ilə böyük Avrasiya əməkdaşlığının yaradılması üçün əsas ola bilər".