Dünya
Hadisə hamını TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
Türkiyəli müğənni Hadisə dünən “3 adam” verilişinin qonağı olub. Publika.az xəbər verir ki, bu yaxınlarda sarı saçlarını qəhvəyiyə boyayan Hadisə verilişə dərin dekolteli paltarda gəlib. Müğənninin cəsarətli dekoltesi aparıcıları həyəcanlandırıb. Hətta sosial şəbəkə izləyiciləri Hadisənin sinəsinin görüntüsündən həyacanlandığını və təəccübləndiyini deyib.
Adanada terror 2 nəfər öldü, 16 nəfər yaralandı
Türkiyənin cənubunda yerləşən Adana şəhərində 2 nəfərin ölümü, 16 nəfərin isə yaralanması ilə nəticələnən terror aksiyası həyata keçirilib. SİA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verir.
Tramp “Apple” və “Microsoft” rəhbərləri ilə danışıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın "Apple" və "Microsoft" rəhbərləri ilə telefon danışığı olub.
Xanım deputatın qatilinə ömürlük həbs verildi
Böyük Britaniyada parlamentin deputatı Co Koksu qətlə yetirən 53 yaşlı Tomas Mayr ömürlük həbs cəzasına məhkum olunub. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, Old Beyli məhkəməsi müttəhimi bütün maddələr üzrə - qəsdən adam öldürməkdə, ağır bədən xəsarətləri yetirməkdə, soyuq və odlu silah saxlamaqda təqsirli bilib.
Suriyada 3 türk hərbçi şəhid oldu, 7-si yaralandı
"Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.
Ölüm xəbəri yayılan Gülnarə Kərimovanın oğlundan- AÇIQLAMA
Zəhərlənərək öldürüldüyü deyilən Gülnarə Kərimova barədə yeni məlumatlar yayılıb. Olaylar.az qafqazinfo-ya istnadən xəbər verir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov "BBC Uzbek"in suallarını cavablandırıb. O, anasının öldürülməsi ilə bağlı yayılan xəbərləri dedi-qodu adlandırıb. İ.Kərimov bildirib ki, anası 2014-cü ilin fevralından bu yana saxlanıldığı evdədir. 23 yaşlı İslam bacısının da ev dustaqlığında olduğunu və ölkəni tərk edə bilmədiyini deyib. Gənc oğlan onu da əlavə edib ki, özü hazırda Londondadır.
ABŞ-ın 130 mindən çox hərbçisinin məlumatları oğurlandı
Yemək zamanı öldü
Kyodo xəbər agentliyinin məlumatına görə noyabr ayında Yaponiyada sürətli yemək yemə yarışı keçirilib. Yarış iştirakşıları top halına salınmış plovu yeməli olublar.
“Selfie” çəkilişində ölüm hallarının qarşısını alacaq proqram yaradılıb
Pitsburq Karnegi-Mellon Universitetinin elmi əməkdaşları bilavasitə “selfie” çəkilişi zamanı ölüm hallarının qarşısını almağa imkan verəcək yeni əlavənin sınaqlarını keçirirlər.
Yeni texnologiya smartfonları bir neçə saniyəyə enerji ilə dolduracaq
Smartfonlar ildən-ilə güclənir və daha keyfiyyətli şəkil çəkir, lakin buna baxmayaraq onların avtonom iş rejimi yaxşılaşdırılmır. Proqram təminatının optimallaşdırılması vasitəsilə istehsalçılar iş vaxtını cüzi artıra bilirlər, lakin orta hesabla smartfonları hər gün enerji ilə doldurmaq lazım gəlir. Problemin həllindən biri kimi qurğunun daha çox işləməsi üçün bir neçə dəqiqəyə sürətli enerji doldurma hesab edilir.
Süni intellektə arzulamaq öyrədilib
“Google” şirkəti tərəfindən hazırlanmış “DeepMind” süni intellekt sisteminə arzulamaq öyrədilib və bu, sistemin səmərəliliyini yüksəldib.
Yeni küçə fənərləri günəş enerjisi və piyadaların addımından əldə edilən enerji ilə işləyir
Las-Veqası cəsarətlə “gecə işıqları şəhəri” adlandırmaq olar. Hər axşam adıçəkilən şəhərin küçələrində yanan saysız-hesabsız lampalar kazino və mehmanxanaların fasadlarına işıq salır. Hər il şəhəri milyonlarla turist ziyarət edir. Bu iki səbəb sayəsində məhz Las-Veqasda “EnGoPlanet” şirkəti tərəfindən yaradılmış yeni qeyri-adi küçə fənərləri quraşdırılıb. Yeni fənərlərin əsas özəlliyi odur ki, onlar yalnız küçələri işıqlandırmır, həm də daxili kameralar sayəsində şəhərdə qayda-qanuna nəzarət etməyə kömək edir, “Wi-Fi” paylayır və mobil qurğular üçün enerjidoldurma stansiyası rolunu oynayır. Bu halda qeyri-adi küçə fənərlərini şəhər elektrik şəbəkəsinə qoşmaq lazım deyil.
2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxışa malik olacaq
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, 2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxış imkanına malik olacaq.
İnsan bədəninin hərarəti ilə enerji toplayan superkondensator icad olunub
Müasir daşınan elektronika bir çox müsbət xüsusiyyətlərə malik olsa da, amma bəzi nüsxələr (məsələn, “ağıllı” saatlar) mühüm çatışmazlığa malikdir: akkumulyatorun şarjı tez bitir. Texas A&M Universitetinin alimləri tərəfindən yaradılmış yeni superkondensator tipi həm şəbəkə, həm də insan bədəninin hərarəti ilə enerji toplamaq qabiliyyətinə malikdir.













