Dünya

Rusiyanın gerbi dəyişdirilir?

29 Noyabr 2016 12:56

“Gecə canavarları” bayk-klubun lideri Aleksandr Zaldostanov prezident Vladimir Putini Rusiya gerbini dəyişdirməyə çağırıb.

Əsəddən strateji qələbələr – Putin Təhlükəsizlik Şurasını topladı

29 Noyabr 2016 12:45

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısını keçirib. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, toplantıda Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

“Gözəl qız olsa, evlənəcəm...”

29 Noyabr 2016 12:42

Ramzan Kadırov arvadından danışdı  Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “TASS”-a müsahibə verib. Publika.az müsahibənin ən maraqlı məqamlarını təqdim edir. Ramzandan qorxanlar - Əgər söhbət Rusiyanın düşmənlərindən – terrorçulardan, ekstremistlərdən və digərlərindən gedirsə, onlar məndən qorxmağa məcburdurlar. Onlar bilirlər ki, mənim mövqeyim prinsipialdır. Qəzəblə düşünən, terror aktı edərək günahsız insanları öldürən şəxs neytrallaşdırılmalıdır. Həbs etmək, cinayət məsuliyyətinə cəlb etmək və silahlı müqavimət zamanı məhv etmək...

Məhkəmə Ebru Gündeş və "sevgilisi" ilə bağlı qərar verdi

29 Noyabr 2016 12:40

Müğənni Ebru Gündeş futbolçu Ufuk Ceylanla sevgili olduğu barədə xəbərlərin yayılmasına qadağa qoyulması barədə məhkəməyə müraciət edib. Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin müraciəti ilk olaraq rədd edilmişdi.

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

29 Noyabr 2016 12:35

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı tender üzrə zəmanət məktubunun müddətinin dekabrın 23-ə qədər uzadılmasını xahiş edib.

Elektriklər kəsildi

29 Noyabr 2016 12:25

Şimali Kiprin bir çox şəhər və qəsəbəsi elektriksiz qalıb. Kıbrıs Türk Elektrik Qurumunun verdiyi məlumata əsasən buna hal – hazırda müəyyən edilməmiş  texniki nasazlıq səbəb olub. Ötən axşam saat 19:13 radələrindən etibarən adanın böyük bir hissəsindəki yaşayış yerlərinə təşkilat və sənaye müəssisələrinə elektrik verilmir. Baş verən hadisə ciddi narazılığa səbəb olub. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

2 ton partlayıcı gübrə tapıldı

29 Noyabr 2016 12:22

Türkiyə hüquq -mühafizə orqanları ötən axşam çox müvəffəqiyyətli əməliyyat keçirərək böyük bir fəlakətin qarşısını alıblar.Hakkarinin Şəmdinli rayonunda aparılan əməliyyat nəticəsində partlayıcı qurğu istehsalında istifadə olan yüksək dağıdıcılıq gücünə malik İran mənşəli Azot-Turşusu (HNO3) kimyəvi gübrə aşkarlanıb. Şəmdinlinin Çatalca kəndi yaxınlığında Hakkari Jandarma Komandanlığının apardığı kəşfiyyat axtarış tədbirləri nəticəsində üç ayri sığınaqda çuvallar içində saxlandığı müəyyən edilən təhlükəli maddə aşkarlanaraq məhv edilib. Mütəxəssislərin fikirinə görə bu miqdar azot turşusundan tam 4 ton gücündə partlayıcı qurğu düzəltmək mümkündür. Olay ilə əlaqədar istintaq başladılıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

İstanbul boğazında təhlükəli dəqiqələr

29 Noyabr 2016 12:20

İstanbul boğazında bu səhər böyük bir fəlakətdən dönülüb. Boğazda Qara dəniz istiqamətində hərəkət edən Forvard adlı tanker Mərmərə istiqamətində hərəkət edən quru yük gəmisinə çırpılıb.  Böyük xoşbəxtlikdən tankerin boş olması və toqquşmanın gücünün quru yük gəmisinin kapitanının məharəti nəticəsində zəifləməsi böyük faciənin qarşısının alınmasına səbəb olub. İstiqamət yolunu itirən tanker gəmisi isə üç sahil mühafizə katerinin ekipajının uzun sürən səyləri nəticəsində Qara dənizə çıxa bilib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

İtaliyada miqrant axını rekord səviyyəyə çatıb

29 Noyabr 2016 12:17

Şimali Afrikadan İtaliyaya gedən miqrantların sayı rekord səviyyəyə yüksəlib. Bu il gedən miqrantların sayı artıq 171 min nəfəri keçib ki, bu da ölkəyə 170,1 min miqrantın köç etdiyi 2014-cü ilin rekordunun qırılması deməkdir.

Kolumbiyada qəzaya uğrayan təyyarədə 6 nəfər sağ qalıb

29 Noyabr 2016 11:55

Kolumbiyada baş vermiş təyyarə qəzasında 6 nəfər sağ qalıb.    APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Xose Mariya Kordova beynəlxalq aeroportunun mətbuat xidməti xilasedicilərin qəza yerində 6 nəfəri sağ aşkarladığını açıqlayıb.   

Gələcəyin kompüterlərində köhnə texnologiyadan istifadə edilə bilər

28 Noyabr 2016 19:43

Kaliforniya Universitetinin alimləri yeni nəsil elektron vakuum lampalarının köməyi ilə səmərəli kompüter prosessorları yaratmaq niyyətindədirlər. Onların tədqiqat işi sürətinə görə yarımkeçiricilərin işini geridə qoyan mikroelektron elementlərin yaranmasına səbəb ola bilər.

Sərdar Ortaç həyat yoldaşından boşanır?

28 Noyabr 2016 19:33

Müğənni Sərdar Ortaç həyat yoldaşı, model Kloe Louqhanla yollarını ayıra bilər. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl Mayamiyə gedən Kloe geri dönmək fikrində deyil.  Sərdar xanımının ardınca ABŞ-a getsə də, amma Türkiyəyə tək qayıdıb. 

Demet Akalına ərindən 500 minlik hədiyyə

28 Noyabr 2016 19:28

Yenicə "Rakipsiz" albomunu çıxarmış müğənni Demet Akalın onu İstanbulda reklam etmək üçün musiqi şirkətlərdən birinə müraciət edib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunun qarşılığında Demetdən 500 min türk lirəsi (təxminən 250 min AZN) pul istəyiblər. Nə edəcəyini bilməyən sənətçiyə həyat yoldaşı Okan Kurtdan jest olunub. Okan Akalının albomu üçün 500 min türk lirəsini ödəyib və müğənninin istədiyi mahnısının xərclərini də qarşılayacağını bildirib.