ABŞ prezidenti Fidel Kastronun dəfnində iştirak etməyəcək
29 Noyabr 2016 10:21 DünyaABŞ prezidenti Barak Obama Fidel Kastronun dəfn mərasimində iştirak etmək üçün Kubaya səfər etməyəcək.
"Reuters" agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat Coş Ernest bəyan edib.
"Prezident Barak Obama və vitse-prezident Co Bayden dəfn mərasimində iştirak etməyəcək. O ki qaldı dövlət katibi Con Kerriyə, bunu da təsdiq edə bilmərəm. Əgər ABŞ nümayəndə heyəti Kubaya göndərilsə, bununla bağlı əlavə açıqlama veriləcək", - deyə C.Ernest qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00