Dünya
Virtual reallığın inkişafı üçün assosiasiya yaradılıb
“Samsung” şirkəti “Google”, “HTC”, “Oculus”, “Sony” və “Acer” şirkətlərinin daxil olduğu Ümumdünya Virtual Reallıq Assosiasiyasının yaradılmasını bəyan edib.
“Bluetooth 5” standartı rəsmən təsdiq edilib
“Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı cari ilin iyununda elan edilmiş “Bluetooth 5” simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir.
Zürafələr yer üzündən silinə bilər
Beynəlxalq Təbiətin Qorunması Birliyinin nümayəndələri zürafələrin yer üzündən tamamilə yoxa çıxa biləcəyini bildiriblər.
Merve Boluğur hamilədir?
Keçən il müğənni Murad Dalkılıçla ailə quran aktrisa Merve Boluğurun hamilə olması barədə yeni xəbərlər yayılıb.
Türkiyə konstitusiyasına dəyişikliklər sabah parlamentin müzakirəsinə çıxarılacaq
Türkiyə konstitusiyasına ediləcək dəyişikliklər layihəsi sabah Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.
"Evlilik təklifi edərkən diz çökə bilmədim"
Türkiyənin məşhur müğənnisi Emre Aydın ötən gün qatıldığı şou proqramlarının birində şəxsi həyatından danışıb. Avqust ayında Eda Köksel ilə evlənən müğənni xanımına necə evlilik təklifi etməsindən danışıb:
Şərqi Hələbdən 3 min insan çıxarıldı
Suriya hərbçiləri dekabrın 9-da Hələbin şərq rayonlarından təxminən 3 min mülki vətəndaşı avtobusla evakuasiya edib. Yerli vaxtla saat 07:00-da başlayan əməliyyat təxminən 5 saat davam edib. Sığınacaqlara yerləşdirilən bütün insanlar su və ərzaqla təmin olunublar.
İki gün sonra Ankaranı partladacaqlar - ŞOK PLAN
Ankara polisi tərəfindən dekabrın 3-də yayımlanan bir sənəd ortaya çıxıb. "Mümkün hücum 7" adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.
Toyda bəylə gəlin şou göstərdi - VİDEO
Bir neçə gün öncə Parisdə təşkil olunan bir türk toyunda yaşananlar sosial medianı bir-birinə vurub. Hər kəs diqqətini bəy və gəlini üzərinə yönəldərək bolluca əylənib.
İnternetdə böyük qalmaqal yaradan ŞOK VİDEO
ABŞ-ın Miçiqan ştatında bir qartal yuvasına yerləşdirilən kameranın çəkdiyi görüntülər internetdə böyük qalmaqala səbəb olub.
Dünya Bankı TANAP-a 400 mln. dollar kredit ayıracaq
Dekabrın 20-də Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına kreditin ayırılması məsələsinə baxmaq üçün toplanacaq. Ayrılacaq vəsaitin 400 mln. ABŞ dolları həcmində olacağı gözlənilir.
HDP-çi deputatdan şok AÇIQLAMA
"Melkonyanın abidəsinin sökülməsinə icazə verməyəcəyik" Türkiyə Böyük Millət Məclisinin Tunceli bölgəsindən seçilmiş kürd əsilli deputatı, PKK-ya dəstəyi ilə tanınan Xalqların Demokratika Partiyasının (HDP) üzvü Alican Önlü Tuncelinin Aşağıdoluca kəndində ASALA terrorçularına abidə qoyulması barədə yayılan məlumatlara münasibət bildirib.
ABŞ-da prezident seçkisinə 887 milyon dollar xərclənib
ABŞ-ın seçki üzrə federal komissiyası prezidentliyə namizədlərin seçkiqabağı fondları ilə bağlı məlumatı açıqlayıb. Məlum olub ki, yeni seçilən prezident Donald Tramp seçki kampaniyasına 322 milyon dollar sərf edib. Bunun 66 milyonu milyarderin öz puludur. Məğlub olan keçmiş dövlət katibi Hillar Klintonun seçki kampaniyasında xərclədiyi pul isə 565 milyon dollara çatıb. ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Modern.az
Ermənistanda 204 min əlil var
2016-cı il dekabrın 1-nə Ermənistanda 204770 əlil qeydiyyata alınıb. Bunun 8147-si uşaqdır. Bu haqda əmək və sosial məsələlər nazirliyinin tibbi-sosial ekspertiza agentliyinin rəisi Armen Soqoyan məlumat verib.
“Sosial şəbəkələrdə yalan epidemiyası yayılır” - Hillari Klinton
“İndi aydın olur ki, saxta, yalan xəbərlər bizi əhatə edən dünyada real nəticələrə gətirib çıxarır. Söhbət təkcə siyasətdən getmir, adi insanların həyatı da risk altındadır”.














