Dünya

Səfirin qətlinin sifarişçiləri bəlli oldu

21 Dekabr 2016 16:02

Rusiyanın Ankaradakı səfiri Andrey Karlova təşkil olunan sui-qəsdə görə "Ceyş əl-Fəth" ("Cəbhət-əl-Nusra") təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Berlində terror aktı törətməkdə şübhəli bilinən tunisli gənc axtarışa verilib

21 Dekabr 2016 15:41

Almaniya polisi ötən gün paytaxt Berlində terror aktı törətməkdə şübhəli bilinən tunisli gənci axtarışa verib.

Osmaniyede zəlzələ

21 Dekabr 2016 15:15

Bu gün Türkiyəninin Osmaniye vilayətində Rixter şkalası ilə 3.3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin mərkəzi Osmaniye Tecirli Məhəlləsi rayonu müəyyən edilib . Zəlzələ yerin 14km dərinliyində baş verib. Dağıntı və tələfat qeydə alınmayıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Proqnoz: Trampın yeni vergi siyasəti dolları daha 15% bahalaşdıracaq

21 Dekabr 2016 15:07

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər.  Bu barədə Almaniyanın "Deutsche Bank"ının hesabatında məlumat verilib. 

DƏHŞƏTLİ HADİSƏ: Ana uşağını atıb bara getdi, siçanlarsa övladının gözlərini yedi və...

21 Dekabr 2016 15:01

Cənubi Afrikanın Cohannesburq şəhərinin Katlehonq bölgəsində qandonduran hadisə baş verib. Nəhəng siçovullar 3 aylıq qız uşağını diri-diri yeyərək öldürüb. Belə ki, həftəsonu 26 yaşlı ana əkiz uşaqlarından birini götürərək gecə bara yollanıb. Əkizlərdən digərini - 3 aylıq qız uşağını isə evdə tək qoyub. Məsuliyyətsiz ana gecə əyləncəsindən evə qayıdarkən körpəni nəhəng siçovullar tərəfindən parça-parça edilmiş halda görüb. Gəmirici siçanlar uşağın dilini, gözlərini və barmaqlarını yeyərək öldürüb. Ana fəryadlar içərisində qışqırmağa başlayıb. Evə toplaşan qonşulardan biri “bu qadın həbsdə çürüməlidir, analıq etməsinə yol vermək olmaz” sözlərini dilə gətirib. Qonşulardan biri isə “bu qadının ən çox sevdiyi şey gecə əyləncələrinə getməkdir” deyib. Məsuliyyətsiz ana ölümə səbəb olma ittihamı ilə həbs edilib. Gənc qadın gələcək il hakim qarşısına çıxacaq. Publika.az

İran Ermənistanla ticarət dövriyyəsini 220 milyon dollara çatdıracaq

21 Dekabr 2016 14:56

İran və Ermənistan xarici ticarət dövriyyəsinin həcmini  220 milyon dollara çatdırmağı planlaşdırır. Məlumata görə, bu barədə Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin müavini Ovanes Azizyan bildirib. 

Hadisə Türkiyənin ən varlı ailəsinin oğlu ilə bu vəziyyətdə yaxalandı

21 Dekabr 2016 14:52

Aslışah Alkoçlardan ayrılan Hakan Sabancının müğənni Hadisə ilə gizli-gizli görüşdüyü irəli sürülüb.

Səfirin qətlinin arxasında Fəthullah dayanır? – Kremldən ŞƏRH

21 Dekabr 2016 14:44

“Səfirin qətlinin arxasında kimin dayandığına dair nəticələr çıxarmağa tələsmək lazım deyil”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Ukrayna ordusu hücuma keçdi - MÜHARİBƏ

21 Dekabr 2016 14:39

Ukrayna ordusu eyni zamanda bir neçə istiqamətdən “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun “qoşun”unun mövqelərinə hücum edib.

“Qadınlar da döyüşəcək” - Sarkisyandan Qarabağda müharibə mesajı

21 Dekabr 2016 14:38

“Azərbaycanla silahlı konfliktin yenilənməsi mümkündür”. Bu barədə Ermənistanın müdafiə naziri Viqen Sarkisyan lenta.ru-ya müsahibəsində deyib.Onun sözlərinə görə, münaqişənin mümkün eskalasiyası Ermənistan üçün əlverişsizdir: “Müharibənin yenilənməsi Cənubi Qafqaz üçün ciddi təhlükə yaradacaq”. V. Sarkisyan dolayısı ilə etiraf edib ki, Ermənistan əhalisinin mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.

Polis Berlindəkı terror hadisəsində şübhəli şəxsi saxladı

21 Dekabr 2016 14:35

Polis ötən gün Almaniyanın paytaxtında baş vermiş terror hadisəsində şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə TASS-a istinadən məlumat verir. Lakin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs hadisəni icra edən şəxs deyil.

Peskov Rusiya və ABŞ münasibətləri haqda

21 Dekabr 2016 14:27

Rusiya və ABŞ arasında hazırkı münasibətlər kəskin inamsızlıq səviyyəsi ilə xarakterizə olunur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Suriyada türk hərbçilərə hücum: 3 ölü, 11 yaralı - YENİLƏNİB

21 Dekabr 2016 13:57

Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb. Hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.

Kirbi: “Rusiya səfirinin qətlinin ABŞ-la əlaqələndirilməsindən narahatıq”

21 Dekabr 2016 13:55

“Rusiya səfirinin Türkiyədə öldürülməsi hadisəsinin ABŞ-la əlaqələndirmə cəhdləri bizi narahat edir. Bu narahatlığımızı Türkiyə rəsmilərinə çatdırmışıq”.

ABŞ ordusunun Liviyada keçirdiyi antiterror əməliyyatı başa çatıb

21 Dekabr 2016 13:39

"ABŞ Silahlı Qüvvələrinin Liviyada "Odissey şimşəyi" adı altında terrorçu İŞİD-ə qarşı keçirdiyi əməliyyat başa çatıb". Məlumatı ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığı yayıb.