Dünya

İŞİD və PKK-nı kimlər dəstəkləyir

28 Dekabr 2016 14:52

Suriyanın gələcək taleyi və ona nəzarət etmək uğrunda böyük güclərin mübarizəsi davam edir. Əsasən Qərb və Rusiya arasında gedən bu mübarizədə hələlik hər iki tərəf bərabər güc və potensialda görünür. Ancaq hazırda müşahidə edilən situasiya ondan ibarətdir ki, Qərb Rusiya amilinə qalib gəlmək üçün ən çirkin məqsədlərdən belə yararlanmağı özünə borc biliir.

İŞİD-in 44 terrorçusunu məhv edib

28 Dekabr 2016 14:38

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində ötən gün terrorçu İŞİD qruplaşmasının 44 silahlısı məhv edilib. 

Qəzaya uğrayan Rusiya təyyarəsi: Pilotların son danışığı

28 Dekabr 2016 14:30

Rusiyada ötən həftə sonu Qaradənizə düşən hərbi təyyarənin pilotları arasındakı son dialoq "ortaya çıxıb".

Ter-Petrosyan Ermənistan hakimiyyətinin Qarabağ planını açıqladı: “Özləri gülünc duruma düşüb...”

28 Dekabr 2016 14:17

Ter-Petrosyan iLur.am saytında bu gün dərc edilmiş məqaləsində onun Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin “isterik, hədələyici və tənqidi reaksiyasının” gözlənilməz olmadığını bildirir.

Müsəlmanlarla yəhudilərin rəqsi

28 Dekabr 2016 14:16

Müsəlman və yəhudilərin Bəhreyində birgə yəhudi bayramı olan hanukanı qeyd etməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Gürcüstanda 175 məhbus əfv olundu

28 Dekabr 2016 14:04

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv edib. Məlumata görə, Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, 122 məhbus azadlığa çıxıb, 53 nəfərin cəzası müddəti azaldılıb. Onun sözlərinə görə, siyahıda Gürcüstan vətəndaşları olan azərbaycanlılar, habelə Azərbaycan vətəndaşları var. Z. Koridze əfv olunanların arasında 14 qadının olduğunu bildirib. O, qeyd edib ki, 12 qadın məhbus artıq cəzaçəkmə müəssisəsini tərk edib, daha iki nəfərin cəzası azaldılıb. Apa.az

Türkmənistanda məmurlar və deputatlar prezidentliyə iddia edir

28 Dekabr 2016 14:02

Türkmənistanda prezident seçkisinə qatılacaq 9 namizəd qeydiyyatdan keçib.

Rusiya təyyarəsinin ikinci "qara qutu"su tapıldı

28 Dekabr 2016 13:57

Rusiyanın qəzaya uğrayaraq Qara dənizə düşən "Tu-154" təyyarəsinin ikinci "qara qutu"su tapılıb. Qeyd olunur ki, hazırda "qara qutu"nun dənizin dibindən çıxarılması üçün iş gedir. Xartırladaq ki, "Tu-154" dekabrın 25-də Qara dəniz üzərində qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 92 nəfər, o cümlədən Aleksandrov ansamblının artistləri və 9 telejurnalist olub. Bu barədə Trend RF Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Tələbəni zorlayıb məscidin həyətinə atıb qaçdı - anbaan kameralara düşdü - VİDEO - FOTO

28 Dekabr 2016 13:52

Türkiyədə daha bir təcavüz hadisəsi qeydə alınıb.  İstanbulda tələbə A.Ç.-nin yolunu kəsərək yerə yıxıb təcavüz edən Monqolustan vətəndaşı hadisədən qısa müddət sonra saxlanılıb. İstanbulda "Erasmus" sistemi ilə təhsil alan A.Ç. kafedən çıxıb evə gedərkən küçədə təcavüzə uğrayıb. Belə ki, Monqolustan vətəndaşı olan T.B.E. onun qarşısına çıxaraq yerə yıxıb, huşunu itirən qızı zorlayıb, sonra da məscidin həyətinə atıb qaçıb. T.B.E. qaçarkən qızın telefonunu da oğurlayıb. Huşunu itirmiş halda yerdə uzanan qızı görənlər ambulans çağırıblar, polisə xəbər veriblər. 

ABŞ Dövlət Departamenti: PKK Sincardan çıxmalıdır

28 Dekabr 2016 13:24

“PKK-nın İraqın Sincar bölgəsində mövcudluğu sülh və məcburi köçkünlərin geri qayıtması üçün əsas maneədir”. “Anadolu” agentliyinin yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner deyib.

"Kara Sevda"nın aktrisası ərini əlindən aldığı müğənni ilə üz-üzə

28 Dekabr 2016 12:52

Türkiyənin tanınmış müğənnisi Aşkın Nur Yengi jurnallardan birinə müsahibə verib. O, şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Müğənni xəyanətə uğradığını söyləyib. "Bu həyatda məni ən çox xəyanətə uğramağım məyus etdi". Aşkın Nur Yengi 2006-cı ildə Haluk Bilginer ilə nikah masasına oturmuşdu. Lakin onlar 2012-ci ildə boşanıblar. Onların boşanmasına səbəb isə Halukun hazırda "Kara Sevda" serialına çəkilən Zerrin Tekindör ilə gizli eşq yaşaması olub.

Yerusəlimdə 2100 yaşı olan badə tapıldı

28 Dekabr 2016 12:44

İsraildə arxeoloqlardan ibarət qrup Yerusəlimdə əhəngdaşıdan badənin fraqmentini aşkarlayıblar.

Məşhur futbolçunun evi qarət olundu

28 Dekabr 2016 12:38

Argentinalı futbolçu Karlos Tevezin toy günü evi qarət olunub.  32 yaşlı ulduz futbolçusu Karlos Tevez sinf yoldaşı ilə evlənib. Karlosun Uruqvayda keçirilən toyunda futbolçu dostları, tanınmışlar və Argentina Prezidenti Maurisio Masri də iştirak edib. Lakin həmin gün məşhurun başına xoşagəlməz hadisə gəlib. Belə ki, ulduzun Buenos-Ayresdəki evi qarət olunub. Hadisəni aydınlaşdırmaq üçün Karlos Tevez Uruqvaydan Buenos-Ayresə qayıdıb. Lakin sonradan xanımı ilə Meksikaya bal ayına yollanıb.

7 gündür yoxa çıxan qızı bir evdə tapdılar

28 Dekabr 2016 12:34

Samsunda 7 gün öncə itən 17 yaşlı M.S. adlı qız polisin basqın etdiyi evdə tapılıb.  Qız tikinti materialları satan şirkətdə işə başlayıbmış. Bir həftə əvvəl işə getmək üçün evdən çıxan M.S.-in gecə saatlarına qədər evə dönməməsi və telefona da cavab verməməsi ailəsini narahat etməyə başlayıb. Valideynləri bir gün sonra qızlarının iş yerinə getdiyində onunla qarşılaşıblar. M.Ş. atasına: "Səndən üzr istəyirəm, axşam evimizə gələcəyəm", - deyərək atasının yanından ayrıldıqdan sonra bir daha evə qayıtmayıb. Bundan sonra M.Ş.-in atası R.S. polisə gedərək qızının itkin düşdüyü barədə müraciət edib.

40-a yaxın avtomobil toqquşdu: yaralılar var

28 Dekabr 2016 12:32

Kanadanın qərbində zəncirvari yol qəzası baş verib. Axşam saatlarında Ontarioda 30-40 avtomobil toqquşub. Hadisə nəticəsində ən azı 15 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi yolun buz bağlaması göstərilir. Trend.az