Dünya

40-a yaxın avtomobil toqquşdu: yaralılar var

28 Dekabr 2016 12:32

Kanadanın qərbində zəncirvari yol qəzası baş verib. Axşam saatlarında Ontarioda 30-40 avtomobil toqquşub. Hadisə nəticəsində ən azı 15 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi yolun buz bağlaması göstərilir. Trend.az

Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib

28 Dekabr 2016 12:14

Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər. Atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək.  Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.

Fidel Kastronun adından istifadə qadağan edildi

28 Dekabr 2016 12:05

Kuba parlamenti ictimai yerlərdə inqilab lideri Fidel Kastronun adından və şəklindən istifadəni qadağan edən qanunu təsdiq edib.

Gəlin "Facebook"da şəklini paylaşıb, intihar etdi

28 Dekabr 2016 11:58

Türkiyənin İzmir şəhərində əri tərəfindən döyülən 29 yaşlı Fatma S. bədənindəki ləkələrin şəklini sosial şəbəkədə paylaşdıqdan sonra dərman qəbul edərək intihar edib. 

Rusiyada azərbaycanlı bankomat oğruları tutuldular

28 Dekabr 2016 11:55

Rusiyanın Sankt-Peterburq şəhərində bankomat oğruları tutulublar. Şəhərin mərkəzindəki küçələrin birindən bankomatı oğurlayanlar onu yaxınlıqdakı avtoservisə gətiriblər. Bankomatı açmaq istəyərkən isə hadisə yerinə polis gəlib. 7 nəfər həbs edilib. Onların əksəriyyəti azərbaycanlıdır. Lent.az

Fillər hücum etdi: ölən və yaralananlar var

28 Dekabr 2016 11:50

Səhər saatlarında fillər Nepalın Praseni kəndinə hücum ediblər. Məlumata görə, fillərin hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ərindən ayrı səyahət etdiyinə görə başını kəsdilər

28 Dekabr 2016 11:42

Əfqanıstanda dəhşətli hadisə baş verib. Əfqanıstanın Sar-e Pul vilayətində "Taliban" üzvləri 30 yaşlı qadının başını kəsiblər. Vilayətin sözcüsü Zabiullah Amani cinayətin "Taliban"la bağlı qruplar tərəfindən törədildiyini açıqlayıb. Milli.Az "Haberler"ə istinadla bildirir ki, qadının başı ərindən ayrı səyahətə çıxdığı üçün kəsilib.

Əmrah 750 minlik təklifi rədd etdi

28 Dekabr 2016 11:40

Türkiyənin məşhur müğənnisi Əmrah 750 minlik təklifi rədd edib. Müğənni Özbəkistandakı oteldə səhnəyə çıxmaq təklifinə yox deyib.  Milli.Az "Cadde"yə istinadla bildirir ki, aktyor serial çəkilişlərində iştirak etdiyinə görə xahişi qəbul etməyib.

Xidmət rəisi hərbi hissədən güllə oğurladı və...

28 Dekabr 2016 11:32

Ermənistanda hərbi hissələrin birinin kommunal xidmətinin rəisi Sarkis Kirakosyan satış məqsədi ilə hərbi hissədən qüllə oğurlamaqda ittiham olunur. S. Kirakosyan hərbi hissənin çavuşu Armen Muradyanı dəfələrlə qüllə oğurlamağa məcbur edib, sonradan güllələri Stepanavan şəhər sakinlərindən birinə satıb. İttiham olunan S. Kirakosyanın işi məhkəməyə göndərilib. Apa.az

Avtobus PARTLADI: ölən və yaralı var

28 Dekabr 2016 11:27

Livanın Biqa vilayətində avtobus partlayıb. Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı bildirilir. Partlayışın səbəbi hələ məlum deyil. Trend.az

Türkiyə Hava Qüvvələri İŞİD-ə qarşı əməliyyatları dayandırdı

28 Dekabr 2016 11:21

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb. Bu barədə  ölkənin hərbi mənbələri məlumat verib. Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir.