Dünya
2016-cı il Suriya əhalisi üçün ən faciəli il olub
2016-cı il Suriyanın mülki əhalisi üçün ən faciəli il olub. Bu barədə BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində Suriyadakı hadisələrin araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyanın rəhbəri Paulu Pinyeyru bildirib. Onun sözlərinə görə, başa çatmaqda olan ildə mülki əhaliyə münaqişənin bütün iştirakçıları tərəfindən rekord sayda hücum olub. Report.az
Güləni “imam” adlandıran jurnalist həbs olundu
47 yaşlı Cey Lo sevgilisini gizlətmir
Son günlər şou dünyasında ən gözlənilməz xəbər Cennifer Lopezlə Dreykin yaxınlaşmasıdır. Məlumata görə, bu xəbərdən sonra Dreykin keçmiş sevgilisi Rihanna da Cey Loya sərt reaksiya göstərərək onun İnstaqram profilini izləmədən çıxarıb.
"Anne" serialında ana-qız olduğumuzu unuduruq"
İlin ən pis qurğularının adı açıqlanıb
Görmə itiliyini yoxlayan cihaz təqdim olunub
Bronlama sistemlərindəki boşluq məlumatları dəyişdirməyə imkan verir
Hava sərnişinlərinin əksəriyyəti hakerlər tərəfindən biletlərin bronu üçün sifarişin asanlıqla dəyişdirilməsi və ya reysin ləğv edilməsi barədə heç düşünmürlər. Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Karsten Nol deyir ki, yük təyyarələri müştərilərin səyahət planlarının işlənməsi üçün köhnə qorunmamış sistemlərdən istifadə edir.
Ən bahalı pərakəndə satış brendi məlum olub
“Ağıllı” restoran açılacaq
“Microsoft” kapitallaşma dəyəri 1 trilyon dollar təşkil edən ilk şirkət ola bilər
"Microsoft" yaxın gələcəkdə 1 trilyon dollarlıq bazar kapitallaşmasına malik ilk şirkət ola bilər. Bu barədə ABŞ analitiklərinin hesabatında deyilir.
Bakteriyalar metabolizmi ilə işləyən kağız batareya yaradılıb
Alimlər kağız vərəq üzərində xüsusi bakteriyalarla işləyən qatlanan batareya yaradıblar. mütəxəssislərin sözlərinə görə, batareyanın yaradılması üçün dünyanın istənilən yerində əldə edilməsi mümkün olan sadə elementlər lazımdır. Alimlər xromatoqrafiya üçün kağızı gümüş nitratı ilə hopduraraq yuxarıdan onu mumla bağlayıblar. Batareyanın digər tərəfində keçirici polimerdən hazırlanan bakteriyalı mayenin doldurulması üçün yer var. Qatlanan zaman üst tərəfi bir-birinə toxunan batareya bakteriyalar metabolizmi sayəsində işləməyə başlayır.
Gürcüstanda azərbaycanlı qadın ərini öldürdüyünü etiraf edib
Gürcüstanın Marneuli rayonunun Təzəkənd sakini 23 yaşlı Türkan Tahir qızı Kərimova polisə ilkin ifadəsində 33 yaşlı əri Ruslan Telman oğlu Kərimovunu qətlə yetirdiyini etiraf edib. Məlumata görə, qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş.
Külli miqdarda pirotexniki vasitələr aşkar edilib
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar
ABŞ-ın yeni prezidentinin yüksək vəzifələrə təyin edəcəyi namizədlərin hər biri dünya mediasında ciddi müzakirə obyektinə çevrilir. Bu, bir tərəfdən, Amerikanın ən güclü dövlət olması ilə bağlıdırsa, digər tərəfdən, namizədlərin şəxsiyyətləri ilə əlaqəlidir. Bu sırada dövlət katibliyinə təyin edilə biləcək biznesmen Reks Tillersonun adı ətrafında kifayət qədər geniş müzakirələr başlayıb. Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, onun Rusiya Prezidenti V.Putinlə şəxsi dostluq münasibətlərinin olması haqqında informasiyaların yayılması müəyyən ajiotaj yaradıb. Bu, MKİ-nin Amerikadakı seçkilərə Kremlin təsir etməsi ilə bağlı ifadə etdiyi fikirlərin fonunda Qərb siyasi təfəkkürü üçün xeyli qıcıqlandırıcı görünür. Çünki belə nəticə çıxır ki, Amerika kimi qüdrətli ölkədə siyasi hakimiyyətin seçilməsində Moskvanın rolu var! Buna inananlar da, inanmayanlar da ola bilər. Ancaq əsas odur ki, belə informasiyalar Qərb siyasi dairələrinə istər-istəməz təsir edir. Bu mənada həmin məlumatların məqsədli şəkildə hallandırıldığı barədə düşünmək olar. Məhz bu kimi tezislərin işığında D.Trampın kadr siyasəti necə təsir bağışlayır?

.jpg)












