Dünya

"Trampın bu siyasəti Putinin ürəyincədir"

31 Yanvar 2017 17:56

Amerikanın siyasi tarixində andiçmədən 10 gün sonra daxili və xarici siyasətdə ölkəsinə müxtəlif istiqamətlərdə bu qədər problem yaradan ikinci prezident xatırlamıram. Dövlət Departamentinin bir qrup diplomatı prezident Donald Trampın müsəlman ölkələrinin bir qisminə viza verilməməsi qərarına etiraz edib. Böyük ehtimalla bu etiraza imza atan diplomatları işdən çıxaracaqlar, necə ki, baş prokurora qapını göstərdilər. Diplomatlar etirazlarında yazıblar ki, Trampın son qərarı Amerikanın dünyadakı dostlarının sayını və etibarını azaldacaq. Onlar tam haqlıdırlar.

Son 6 ildə ilk dəfə – Türkiyə və İsrail məsləhətləşmələr aparacaq

31 Yanvar 2017 17:49

Türkiyə və İsrail 6 ildən sonra ilk dəfə siyasi məsləhətləşmələr keçirəcək. Məsləhətləşmələr Ankarada keçiriləcək. Türkiyə nümayəndə heyətinə XİN məsləhətçisi Ümit Yalçın, İsrail tərəfinin nümayəndə heyətinə isə XİN-in baş katibi Yuval Rotem rəhbərlik edəcək.

ABŞ kürd müxalifətinə zirehli texnikalar göndərib

31 Yanvar 2017 17:41

Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib.

"Reina" terroruyla bağlı VACİB ƏMƏLİYYAT

31 Yanvar 2017 17:39

"Reina" terroruyla əlaqəsi olduğu iddia edilən daha 14 şəxs həbs edilib.  39 şəxsin Yeni il gecəsi qətlində əlləri olduqları deyilən 14 şübhəli İstanbul Ədalət Məhkəməsinin binasına gətirilərək, "Terror təşkilatına üzv olmaq", "Konstitusiya qanunlarına zidd çıxmaq" və "Mütəşəkkil şəkildə qəsdən adam öldürmə cinayətinə kömək" ittihamları ilə barələrində iddia qaldırılıb. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.

Təcili tibbi yardım avtomobili qəzaya uğradı: yaralılar var - VİDEO

31 Yanvar 2017 16:55

Rusiyanın Rıbinsk şəhərində "Mazda" markalı avtomobil işıqforun yaşıl işığında hərəkət zamanı təcili tibbi yardım avtomobilinə çırpılıb.

Türkiyədə dollar bahalaşıb

31 Yanvar 2017 16:41

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, yanvarın 31-də nağd valyuta bazarında 3,78 lirə səviyyəsindədir.

İran hökuməti Trampın qərarına qarşı cavab tədbirləri hazırlayır

31 Yanvar 2017 16:38

ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanı fonunda İran ölkə xaricində olan vətəndaşlarının maraqlarını qorumaq üçün müvafiq tədbirlər görəcək.

Rusiyanın “əsas müxalifətçi”si tutuldu

31 Yanvar 2017 16:37

Bu gün məhkəmə icraçıları Aleksey Navalnını Korrupsiya ilə mübarizə fondunun ofisində saxlayıblar. Mənbəyə əsasən, Navalnı ofisdən iki icraçı tərəfindən əli qandallı çıxarılıb. Virtualaz.org xəbər verir ki. bu barədə “Dojd” telekanalı bildirib.

Aİ üçün tarixi sınaq: inteqrasiya ilə parçalanma arasında

31 Yanvar 2017 16:30

Dünyada geosiyasi vəziyyətin ağır olduğu məlumdur. Avropa İttifaqında (Aİ) isə konkret siyasi proseslər meydana çoxlu suallar çıxarır. Belə təəssürat yaranır ki, bu təşkilat daxilində bütövlükdə Qərb sivilizasiyasının taleyini dəyişə biləcək proseslər getməkdədir.

Müsəlman ölkəsindən amerikalılara yasaq: "Olmaz!"

31 Yanvar 2017 16:22

İraq parlamenti ABŞ vətəndaşlarına ölkəyə girişi qəti qadağan edən qanun layihəsini qəbul edib. Yasaq 90 gün müddətinə qəbul olunub.

Rusiyada azərbaycanlı başından vuruldu

31 Yanvar 2017 16:20

Rusiyanın Surqut şəhərində Azərbaycan vətəndaşı öldürülüb. Hadisə saat təxminən 14:00-da Andreyevski küçəsində yerləşən "Rus" kafesində baş verib.

Həbs edilən generalın cibindən ŞÜBHƏLİ MƏKTUB çıxdı: "302 nömrəli otağın..."

31 Yanvar 2017 16:18

Türkiyənin Elazığı bölgəsində FETÖ/PDY istintaqı çərçivəsində biri general olmaqla 61 hərbiçinin şübhəli olaraq iştirak etdiyi proses yekunlaşıb.

Azərbaycanlı Rusiyada intim xidmət təşkil etdi - VİDEO

31 Yanvar 2017 16:17

Kororlevda (Moskva ətrafında) saunada inzibatçı işləyən azərbaycanlı bir neçə müddətdir ki, müştəriləri üçün bir neçə saatlıq intim xidmət göstərən "ikinci yarısını" tapımağa yardım edirdi, bəzən bu yarların sayı birdən çox olurdu.  

Ermənistanda seçiciləri 100 dollara satın alırlar - KİV

31 Yanvar 2017 15:54

Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq. Bunu Ermənistanda çıxan "Joxovurd" ("Xalq") qəzeti yazıb.

Türkiyənin 557 gündə məhv etdiyi PKK terrorçularının sayı açıqlanıb

31 Yanvar 2017 15:51

Türkiyə ordusunun və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu məhv edilib.