Dünya

Türkiyə səfirliyinə hücum

15 Fevral 2017 15:47

Türkiyənin Stokholmdakı səfirliyinin binasının çöl divarına rəngli boya şüşələri atıldığı bildirilir. “Olaylar” “SadeceHaber” - ə istinadən bildiriri ki, hadisə səhər saatlarında baş verib. Polis səfirliyin binasına çoxlu sayda ağ rəngli boya şüşəsi atan maskalı şəxslərin axtarışına başlayıb.

İŞİD-dən yeni fətva: "Qırmızı geyinməyin!"

15 Fevral 2017 15:40

İŞİD terror təşkilatının rəhbərliyi növbəti qəribə fətvasını verib.  İŞİD terror təşkilatının rəhbərliyi İraqın Mosul şəhərinin qərb hissəsində qırmızı rəngli paltarların geyilməsinin qadağan edilməsi haqda əmr verib. 

Bacılar analarını öldürdülər - evə yad kişi gətirdiyinə görə

15 Fevral 2017 15:30

Analarını bıçaqlayaraq öldürən bacılarla bağlı son qərar verilib. Onlara birlikdə 37 il həbs cəzası verilib.

Fransalı qadın həbs olundu

15 Fevral 2017 15:15

Yeni il gecəsi Türkiyənin İstanbul şəhərində Reina əyləncə mərkəzində terror hadisəsi ilə gündəmə gələn və həbs olunan özbəkistanlı terrorçu Əbdülkadir Maşripovun əslən fransalı olan, dini nigahlı həyat yoldaşı Tene Traorenin həbs olundu. “Olaylar”  “HaberTürk” - ə istinadən bildirir ki, fransalı qadın İŞİD terror qruplaşmasına üzv olduğuna, Terkiyə qanunlarını dəyişməkdə cəhd etdiyinə görə haqqında həbs qərarı alınıb.  

Hitlerin bənzəri həbs olundu

15 Fevral 2017 15:15

Avstraliyada özünü Hitlerə bənzədən gənc həbs olunub. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, yaşam və geyim tərzi ilə özünü bütünlükə Hitlerə bənzədən gənci hər kəs Hearld Hitler olaraq tanıyib. Hitlerin fanatı olan gənc onun doğulduğu qəsəbədə - İnn Braunauda özünə ev kiralayıb və iki həftə burada yaşayıb. Herald Hitler adı ilə qəsəbədə gəzən gənci izləyən polis onu həbs edib. Şəxsin evində axtarış aparan polis onun evindən Hitlerin diktatorluğu zamanına aid qəzet və jurnal materialları ələ keçiriblər. Gəçci tanıyanlar bildirib ki, öz vəsaiti ilə qəzet çıxartmağı planlaşdıran “Hitler”, Almaniyaya gedib partiya yaradacağını da bildiribmiş.

Peskov: "Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olmasına dair xəbərlərə inanmayın"

15 Fevral 2017 14:45

"ABŞ prezidenti Donald Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması barədə məlumatlar heç bir fakta əsaslanmır".

Ərdoğan: "Regionda sabitlik üçün Fars körfəzi ölkələrinin..."

15 Fevral 2017 14:41

Türkiyənin regionda sabitliyin bərpa olunmasında Fars körfəzi ölkələrinin və ilk növbədə Səudiyyə Ərəbistanının dəstəyinə ehtiyacı var. Bunu "Əl-Ərəbiyə" telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Avstraliya parlamentində senator Xocalı faciəsi ilə bağlı çıxış edib

15 Fevral 2017 14:11

Avstraliya İttifaqı Parlamentinin Senatında Qərbi Avstraliya ştatından seçilmiş Avstraliya Liberal Partiyasının üzvü Senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib.

ABŞ Rusiyaya sanksiyalardan imtina etmədi

15 Fevral 2017 14:07

ABŞ-ın Rusiyaya sanksiyalarla bağlı strategiyası dəyişilməzdir. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib.

Qaynanası kürəkənini başqa qadınla yataqda tutdu, "burnundan gətirdi" - FOTO

15 Fevral 2017 14:05

Çində arvadına xəyanət edən ər tutulub. Qaynanası kürəkənini başqa qadınla yatarkən tutub, o, qohumlarını da başına yığıb, onu döyüblər. Maraqlı görüntülər sosial şəbəkələrdə qısa zamanda izlənmə rekordu qırıb.

Yunan Kiprindən daha bir təxribat

15 Fevral 2017 14:00

Uzun illərdir ki, dalana dirənən Kipr probleminin həllinə tərəflər yaxın olduğu müddətdə yunan Kiprinin Ermənistanın siyasətinə bənzər olaraq qeyri-konstruktiv mövqe sərgiləməsi adada sülh göyərçinin uçmasını əngəlləyir. Zaman-zaman yunan Kiprindən təkrar müşahidə edilən bu mövqe yenidən təkrarlanır. Məlumat üçün qeyd edək ki, keçən ilin noyabr aylarından etibarən Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi sürətlənmiş və tərəflər bir sıra məsələlərdə ümumi razılıq əldə etmişdilər. Hətta tezliklə tərəflər arasında yazılı bir müqavilənin imzalanacağı da gözlənilirdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi yunan Kiprinin razılaşmaya maraqlı görünməməsi problemin həllini yubadır.

Yeni Ağ Ev administrasiyası Türkiyəyə xüsusi önəm verir

15 Fevral 2017 13:27

Birləşmiş Ştatların sayca 45-ci prezidentinin həm ölkəsi, həm də dünya üçün bir sıra sürprizlər bəsş edəcəyi barədə deyilənlər demək olar ki, tədricən özünü doğruldur. Ağ Evdə qərar tutduğu ilk gündən atdığı addımlar, verdiyi qərarlar da bunu təsdiqləyir. Bu günlərdə Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Maykl Flippin Rusiya ilə əlaqələrdə şübhəli bilinərək vəzifədən kənarlaşdırılması deyilənlərin təsdiqidir.

"İntim görüntülərini şəhərin girişindən asacağıq"- iş adamına şantaj

15 Fevral 2017 13:08

Türkiyədə "bal dodaq" ləqəbli qadınlar iş adamına tələ qurublar.

Suriya beynəlxalq güclərin toqquşduğu poliqona çevrilib

15 Fevral 2017 13:06

Suriyda Türkiyənin "Fərat qalxanı" hərbi əməliyyatları 174- cü gündür ki, davam etməkdədir. Bu zaman ərzində İŞİD-in 2000-dən çox hədəfləri və bir, o qədər də canlı qüvvəsi məhv edilib. Bu əməliyyat nəticəsində, Türkiyənin cənub sərhədlərində müəyyən qədər terrror təhlükəsi aradan götürülüb, müəyyən mıənada sabitliyə yol açılıb. Xüsusilə, Suriyada Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə antiterror fəaliyyəti, koalisiya qüvvələrinin aylardı apardığı əməliyyatları kölgədə qoymuş oldu. Artıq, Türkiyənin 30 kilometrində olan strateji cəhətdən əhəmiyyətli və İŞİD nəzarətində olan Əl-Bab şəhərinin terrorçulardan təmizlənməsi yekunlaşmaqdadır.

General Şamanov: "Məni Gəncədə ölümdən arvadım xilas etdi"

15 Fevral 2017 12:26

Rusiyanın Hava-Desant Qüvvələrinin keçmiş komandanı, general-polkovnik, hazırda Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədri olan Vladimir Şamanov vaxtilə Gəncə desant polkunun komandiri olarkən başına gələn hadisəni danışıb.