Dünya

Fransa vətəndaşı "Reina" terrorçusundan hamilə qaldı

16 Fevral 2017 11:47

Yeni il gecəsi İstanbulda "Reina" klubunda qətliam törədən Əbdulqadir Maşaripovun dünən saxlanılan dini nikahlı xanımı haqqında yeni məlumat əldə edilib.

ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir

16 Fevral 2017 11:42

ABŞ kəşfiyyat strukturları məxfi məlumatların bir hissəsini prezident Donald Trampdan gizləyir. Bu barədə "The Wall Street Journal" qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb.  

"Əl Babda əməliyyatlar başa çatıb"

16 Fevral 2017 11:39

"Əl-Babda əməliyyatlar artıq başa çatıb". Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən "Fırat kalkanı" əməliyyatından danışarkən bildirib. "Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır", - deyə, o, vurğulayıb.

Karlovun qətli ilə bağlı daha bir nəfər saxlanıldı

15 Fevral 2017 19:55

Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

Eurovision 2017: Təşkilatçı komanda kütləvi istefa verdi

15 Fevral 2017 19:45

Ukrayna Eurovision komandası, təşkilat komitəsinin başına dekabrda təyin olunan yeni müdirin gəlməsi ilə mühüm məsuliyyətli işlərdən uzaqlaşdırıldığını bildirib.

Robot cücə məhsulların çatdırılmasına kömək edəcək- VİDEO

15 Fevral 2017 19:40

“Agility Robotics” şirkəti cücəni xatırladan “Cassie” adlı robot yaradıb. Robot broyler cücə kimi iki ayaq üzərində yeriyir. Mütəxəssislərin sözlərinə görə, qurğu gələcəkdə insanların əvəzinə adi işləri görə biləcək.

Ekranı mexaniki zədələrdən qoruyan maye şüşə hazırlanıb

15 Fevral 2017 19:36

“Indiegogo” pul toplama platformasında maye şüşənin istehsalına vəsait toplanılması kampaniyasına start verilib. İstehsalçıların iddiasına görə, maye şüşə smartfonun ekranını istənilən zədədən qoruyacaq.

Yeni əməliyyat sistemi təqdim olunub

15 Fevral 2017 19:30

Proqramçı Kevin Lencinin rəhbərlik etdiyi mütəxəssislər qrupu yeni əməliyyat sistemi təqdim edib. “ToaruOS” adlanan platformanın əsasını “Linux” nüvəsi təşkil edir və “C+” dilində yazılıb.

Hakerlər dünya ölkələri təşkilatlarına hücumlar ediblər

15 Fevral 2017 19:25

“Symantec” şirkətinin ekspertləri dünya təşkilatlarına qarşı yönələn kiberhücumlar dalğasını qeydə alıblar. 2016-cı ilin oktyabrından davam edən zərərli kampaniya çərçivəsində cinayətkarlar bankların kompüter sistemlərini naməlum zərərli proqram təminatına yoluxdurublar.

İnternet istifadəçilərini 99 faiz dəqiqliklə müəyyənləşdirən üsul yaradılıb

15 Fevral 2017 19:19

ABŞ-ın Lihay Universitetinin mütəxəssisləri internet istifadəçilərinin identifikasiyası üçün yeni üsul hazırlayıblar. Yeni metod, həmçinin müxtəlif funksiyalı bir neçə brauzerdən istifadə edən istifadəçiləri müəyyənləşdirməyə imkan verir.  

“İntel” serverlər üçün ən güclü prosessorunu təqdim edilib

15 Fevral 2017 19:13

ABŞ-ın “Intel” korporasiyası serverlər üçün “Xeon E7- 8894 v4” adlı qabaqcıl prosessorunu təqdim edib. Yeni prosessor “Broadwell-EX” sinfinə aiddir.

Yumurta qabığından yeni nəsil sürətli yaddaş yaradılıb

15 Fevral 2017 19:08

Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər.

Hollandiya FETÖ – çu əsgərlərə  dəstək verdi

15 Fevral 2017 17:47

15 iyun Türkiyədə hərbi çevriliş etməkdə günahlandırılan bir qrup əsgərin Hollandiyadan siyası sığınacaq istədikləri bildirilir. "Olaylar" "SadeceHaber" - ə istinadən bildirir ki, Hollandiyanın Qaçqın və Vətəndaşlıq idarəsinə müraciət edən əsgərlərə və onların ailələrinə 18 ay Hollandiyada qalma icazesi verilib.

Rus casus gəmisi ABŞ sərhədində

15 Fevral 2017 16:50

ABŞ-ın şərq sahillərində Rusiyaya məxsus casus gəmisi görünüb. Məsələ ilə bağlı danışan ABŞ rəsmiləri sözügedən gəminin ilk dəfə 2015-ci ildə həmin ərazidə müşahidə edildiyini deyiblər.

Pakistanda partlayış: 2 ölü, 18 yaralı

15 Fevral 2017 16:28

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Peşəvər şəhərində partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Partlayış Həyətabad rayonunda yerləşən tibb kompleksi yaxınlığında baş verib.