Dünya

Azərbaycanla sərhəddə erməni hərbçisi yaralandı: İrəvana aparıldı

1 Avqust 2017 14:17

Bu gün, saat 10:40 radələrində Ermənistanın İcevan rayon tibb mərkəzinə Qeğarkunik vilayətinin Dprabak kənd sakini, 1986-cı il təvəllüdlü müqaviləli hərbçi Armen Mexak Mazlaxanyan köçürülüb.

İraqda həlak olanların sayı açıqlandı

1 Avqust 2017 14:13

Birləşmiş Millətlər Təşkilatı İraqda iyul ayında meydana gələn terror hadisələri zamanı həlak olanların sayını açıqlayıb. “Olaylar” bildirir ki, təkcə iyul ayında baş verən terror hadisələri zamanı 241 nəfər həlak olub, 271 nəfər isə ağır yaralanıb. Hesabatda bildirilir ki, Mosul şəhərini İŞİD terror qruplaşmasından azad edərkən 121 nəfər həlak olub, 112 nəfər ağır yaralanıb. Bağdad şəhərindən 38 ölü, 85 yaralı, Enbar şəhərindən isə 33 ölü, 49 yaralı qeydə alınıb.

Gülnarə Kərimova niyə vuruldu? - Prezident qızının bütün gizli əməlləri AŞKARA ÇIXDI

1 Avqust 2017 14:08

İyulun sonunda Özbəkistan Baş Prokurorluğu məlumat verdi ki, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Karimova bir sıra maddələrlə, o cümlədən dələduzluq və çirkli gəlirlərin leqallaşdırılmasında ittiham olunur.

Ən yaxın müttəfiqindən qardaş ölkəyə HÜCUM PLANI - Xain ssenari İŞƏ DÜŞDÜ

1 Avqust 2017 14:04

ABŞ PKK terror təşkilatının Suriya qolu olan PYD-yə daha 100 TIR silah-sursat göndərib. Silah aparan 100 TIR İraq sərhədindən keçərək, PYD-nin nəzarətindəki Haseke bölgəsinə daxil olub. Oradan isə təşkilatın Rakkanın şimalında yerləşən üzvlərinə göndərilib. Beləliklə, iyun ayından indiyə kimi ABŞ-ın PYD-yə verdiyi silah-sursatın miqdarı 909 TIR qədər olub. Pentaqon Türkiyənin etirazlarına qarşı “İŞİD məhv edildikdən sonra PYD-yə verilən silahlar geri alınacaq” deyir. Lakin Vaşinqtonun hədəfində Türkiyənin bölgədəki maraqlarının olduğu da şübhəsizdir. Çünki İŞİD Rakkada çox az sayda qalıb və demək olar ki, mühasirəyə alınıb. Buna rəğmən, PYD-yə böyük miqdarda silahların verilməsi şübhələrə yol açır.

Bin Laden PEYDA OLDU: “Əl-Qaidə” DİRİLİR

1 Avqust 2017 13:56

“Əl-Qaidə” terror təşkilatının başına Usama Bin Ladeninin 28 yaşındakı oğlu Həmzə Bin Laden keçəcək. 28 yaşlı Həmzə qısa müddətdə “Əl-Qaidə”nin liderliyini ələ alaraq, sıradan çıxarılan İŞİD-in yerini tutacaq. Həmzə Bin Laden ötən il yayımladığı səsli mesajda Səudiyyə Ərəbistanını hədəfə alır və bu ölkədəki “tənha canavarları” hücuma dəvət edirdi. O, həmçinin, Səudiyyə Ərəbistanının yaradıcısı Əbdüləziz bin Rəhman əl Səudu “ingilis casusu” adlandırıb.

"İssız adam"ın başına iş gəldi - Əməliyyat olunacaq

1 Avqust 2017 13:35

"İssız adam" filmi ilə tanınan aktyor Cemal Hünal qəza keçirib.  Hazırda "Kızım ve ben" filmində baş rolda çəkilən aktyorun başına gözlənilməz hadisə gəlib. Çəkiliş zamanı Hünalın qulaq pərdəsi çırılıb. 

Tramp Rusiyaya qarşı ŞOK ADDIM - DÖYÜŞ BAŞLANDI

1 Avqust 2017 13:29

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qərara imza atıb. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. Pens vurğulayıb ki, ABŞ sanksiyaların tərəfdarı deyil: “Rusiyanın öz öhdəliklərini yerinə yetirərsə, bu qadağalar aradan qalxacaq. Lakin Moskvanın sonuncu diplomatik addımları hər şeyin əksinə olacağını göstərir”.

Türkiyədə partlayış

1 Avqust 2017 13:23

Türkiyənin Diyarbəkir vilayətinin Lice qəsəbəsində PKK terrorçularına məxsus avtomobildə partlayış olub. Terrorçular  əməliyyata gedən təhlükəsizlik qüvvələrini hədəf alılar. İlkin məlumata görə hadisə nəticəsində Türkiyə ordusu iki şəhid verib.

5,6 bal gücündə zəlzələ

1 Avqust 2017 13:21

Argentinanın qərbində yerləşən La Rioxa əyalətində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanın episentri Vinçina yaşayış məntəqəsində 53 kilomter qərbdə, yerin 85 kilometr dərinliyində qeydə alınıb.

İngiltərə sarayında narahatlıq

1 Avqust 2017 13:20

Avqustun 6 – da 1997-ci ildə Parisdəki yol qəzasında həlak olan Uels Şahzadəsi Şahzadə Diananın keçmiş köməkcisi Peter Settelenin qeydləri əsasında  çəkilən "Diana: In Her Own Words" adlı sənədli filmi nümayiş olunacaq. “Olaylar” bildirir ki, hələ yayımlanmayan film artıq İngiltərə gündəmini ələ alıb. Sənədli  filmin şahzadənin ölümünün 20-ci ildönümü münasibəti ilə çəkildiyi bildirilir.

Film afişası insanları çaşdırdı

1 Avqust 2017 13:18

İranın Zəncan şəhərindəki kinoteatrların birində asılan film afişası şəhərdə səs – küyə səbəb olub. “Olaylar” bildirir ki,  Film Bahman kinoteatrda "İşçi axtarırılır" adlı filmin posteri insanlar arasında caşqınlığa səbəb olub. Belə ki, şəhər sakinləri filmin adınına diqqqət yetirmədən, kinoteatrın işçi axtardığını düşünüblər.

Venesuelada iki müxalifət lideri belə qaçırıldı - VİDEO

1 Avqust 2017 12:54

Venesuela müxalifətinin iki lideri qaçırılıb. Bu barədə müxalifət liderlərinin qohumları məlumat yayıb.  Naməlum şəxslər ev həbsinə məhkum olunan Leopoldo Lopes və Antonio Ledezemabilinməyən istiqamətdə aparıblar.  Lopesin həyat yoldaşı hesab edir ki, Nikolas Maduro hər iki müxalifətçinin taleyinə görə birbaşa məsuliyyət daşıyır. 

Qırğızıstanda 59 nəfər prezident olmaq istəyir

1 Avqust 2017 12:37

Qırğızıstan Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinə namizədlərin sənəd qəbulunu yekunlaşdırıb.  59 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Namizədlərin 49 nəfəri fərdi, daha 10 namizədlik isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Hindistanda ildırım 35 adamı öldürdü

1 Avqust 2017 12:25

Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb. Artıq bir neçə gündür ştatın böyük hissəsində ildırımlarla müşayiət olunan şiddətli qasırğa davam edir. İldırım vurması nəticəsində daha 18 nəfər isə xəsarət alıb.

Meksikada 9 jurnalist öldürülüb

1 Avqust 2017 12:23

Meksikada Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib. Journalist ötən gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb.  Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Lakin onlar saxlanılıb və avtomobillərindən odlu silah aşkar olunub. Rivera bu il öldürülən 9-cu jurnalistdir.