Dünya
Rusiyanın ən zəngin ailələri açıqlanıb
"Forbes" jurnalı Rusiyanın ən zəngin ailələrinin reytinq cədvəlini tərtib edib. "Forbes"in reytinqində ilk yeri 9,91 milyard dollar sərvətə malik Qutseriyev ailəsi tutub. "Forbes" artıq dördüncü ildir ki, uğurlu sahibkarlıq fəlaiyyəti ilə məşğul olan ailələrin reytinqini tərtib edir. Qutseriyevlər ailəsi ardıcıl üç ildir siyahıda ilk sıradadır. İş adamı Mixail Qutseriyevin ailəsinə məxsus "Safmar" qrupuna iki yeni tərəfdaş daxil olub. Bu tərəfdaşlar Mixail Qutseriyevin oğlu Səid və bacısı oğlu Bilan Ujaxovdur. Onlar "Safmar" kompaniyasının ayrılıqda 10 faiz aksiyasına sahib olublar. Mixail Qutseriyev "Rusneft"dəki aktivlərini də oz oğlanları ilə bölüşüb.
400 məktəblini xilas edən polisə 784 dollar mükafat verdilər
Hadisə Hindistanın Saqar vilayətində baş verib. Abxişek Patel adlı polis əməkdaşı, 400 məktəblini xilas etmək üçün qəhrəmancasına bir addım atıb. O, məktəbin ərazisində tapılmış 10 kq-lıq partlamamış mərmini götürərək ərazidən mümkün qədər uzaq məsafəyə aparıb.
Şimali Koreya lideri ABŞ-ı yenidən hədələdi
Şimali Koreya lideri Kim Çen In 2 öncə baş tutan ballistic raket sınağı ilə bağlı fikirlərini bölüşüb. Şimali Koreyanın dövlət radiosuna danışan lider ballistic raket sınaqlarının ABŞ-ın Quam adasına endiriləck raket zərbələrinə hazırlıq olduğnu deyib. “Bu hələ başlanğıcdır. Cənubi Koreya və ABŞ-ın təxribatlarına qarşı ilk addımdır”.
PKK-nın Suriyadakı liderlərindən Adnan Əbu Əmcəd öldürüldü
PKK terror qruplaşmasının Suriya qolu sayılan YPG-nin üst səviyyəli liderlərindən Adnan Əbu Əmcəd öldürülüb. Terrorçu 29 avqust tarixində Rakkada İŞİD terrorçuları ilə baş verən silahlı toqquşmada qətlə yetirilib.
Mobil oyunlarla ehtiyatlı olun - Milyonlarla şifrə oğurlandı
Müasir smartfonların, demək olar, hamısında olan məşhur oyun “hack”lanıb. Mobil oyunlar içində ən məşhur olanlarından “Clash of Kings”də təxminən 1,6 milyon hesab məlumatları oğurlanıb. İstifadəçilərə təcili olaraq şifrələrini dəyişdirmələri tövsiyə edilir.
Sevgilisi ilə görüşən ərini küçənin ortasında... - ANBAAN VİDEO
Türkiyənin Dənizli bölgəsinin Pamukkale adlanan hissəsində ərini başqası ilə görən qadın hər kəsə faciəli anlar yaşadıb. Yaxınlıqdakı kafedən bıçaq götürən qadın həyat yoldaşının üstünə hücum çərək onu çiyin nahiyəsindən bıçaqlayıb.
Özbəkistanda bir gündə 4 min nəfər həbs olundu: Gecə şəhərdə gəzdiklərinə görə
Avqustun 26-27-də Özbəkistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən reyd keçirilib. Yerli hakimiyyət orqanları axşam saat 9-dan sonra küçələrdə gəzən 3706 nəfəri həbs edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, saxlanılan şəxsalərin yarısı bir sutkadan sonra sərbəst buraxılıb. Digərləri isə daha uzun müddət nəzarətdə qalıb. Saxlanılan "bivec vətəndaşlara" yerli hakimiyyət orqanları tərəfindən müvafiq normalara uyğun cərimə tətbiq edilib.
Bu xəstəxanada 3 gündə 61 uşaq ölüb
Hindistanın Uttar-Pradeş ştatındakı Qorakxpur xəstəxanasında son 3 sutkada 61 uşaq keçinib. Buna səbəb xəstəxanada oksigen balonlarının azlığı olub. Lakin yerli rəhbərlik əslində ölüm hallarının yeni doğulan uşaqlar arasında ensefolit xəstəliyinin yayılması ilə əlaqələndirilib. Qorakxpurdakı xəstəxananın hesabatlarında avqustun əvvəlindən 1,2 mindən artıq insanın keçindiyini bildirib.
Göz rəngini dəyişmək istədi, kor oldu
Gözəllik uğruna göz rəngini dəyişdirmək üçün lisenziyasız fəaliyyət göstərən klinikaya gedən qız az qala kor olacaqdı. İstanbulda 17 yaşlı qız qəhvəyi rəngli gözlərini mavi rəngə boyatmaq üçün piqmentlərin dəyişdirilməsi üçün əməliyyat keçirib. Lisenziyasız fəaliyyət göstərən klinkaya müraciət edən qız prosedur üçün həkim belə olmayan bir şəxsə 25 min türk lirəsi ödəyib. Lazerlə piqment dəyişdirmə əməliyyatı uğursuz olduğu üçün özünü həkim kimi təqdim edən adam yoxa çıxıb. Qəflətən vəziyyəti pisləşən qız isə başqa bir xəstəxanaya köçürülüb. Gənc qızın kor olma riski var.
Vatan Şaşmazın dünyaya gəlməyən oğluna TƏSİRLİ MƏKTUBU
“Çocukar duymasın” serialının rejissoru Birol Güvən bazar günü keçmiş sevgilisi Filiz Aker tərəfindən güllələnərək öldürülən dostu Vatan Şaşmaz haqqında məktub yazıb. Rejissor məktubu dostunun dünyaya gəlməyən oğluna ünvanlayıb. Sözügedən məktubu təqdim edirik.
14 İŞİD üzvü öldürüldü
Əfqanıstanın şərqindəki Nangarhar vilayətinin Açin mahalında təşkil edilən hava əməliyyatı zamanı 14 İŞİD üzvü öldürülüb. “Olaylar” bildirir ki, Nangarhar rəsmisi Ataullah Hogyani bildirib ki, NATO qüvvələrinə məxsus hava vasitələri Açinin Mamandi Mergey və digər ərzilərdə İŞİD – in mövqelərini bombaladığını açıqlayıb.
Ermənistan ordusu dağılmaq üzrədir
Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.
Yalnız 70 nəfər həccə gedəcək
Bu il Qətərdən Məkkəyə həcc ziyarətinə yalnız 70 nəfərin getməsinə icazə verilib. “Olaylar” bildirir ki, buna səbəb Qətərin Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ərəb ölkələri ilə diplomatik böhran yaşamasıdı.














