Dünya

Türkiyədə iki sərnişin avtobusu toqquşdu

20 Sentyabr 2017 15:40

Türkiyənin Balıkesir əyalətinin Edremit rayonunda iki mikroavtobusun toqquşması nəticəsində 41 nəfər yaralanıb. “Habertürk” xəbər verir ki, rayonun Akçay məhəlləsində sərnişin götürmək üçün dayanan avtomobilə başqa bir avtobus çarpılıb.

Məmurlar toya hücum çəkdi, yeməklərin çoxunu apardı

20 Sentyabr 2017 15:33

Tacikistanın cənubunda bir qrup yerli məmur qızına toy hazırlıqları görən sakinin evinə gələrək toy yeməklərinin çoxunu müsadirə edib. Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun tacik xidməti bildirir. Bu, Tacikistanda dəbdəbəli toyların qarşısının alınması çərçivəsində edilib. Xəbərdə deyilir ki,  Zaydulla Xudoyorovun evində evin böyük qızının toyuna son hazırlıqlar gedirdi. Ancaq toyun başlanmasına bir neçə saat qalmış bir dəstə yerli məmur gələrək ailənin toy üçün hazırladığı yeməklərin çoxunu müsadirə edib. Rəsmilər hazırlanan yeməklərin «israfçılıq» həddinə çatdığını deyərək, bunun Tacikistanın mərasim qanununa yeni düzəlişlərə zidd olduğunu iddia ediblər. Sözügedən qanun ailələrin toy, yas və digər özəl mərasimlərə xərcini nizamlayır və məhdudlaşdırır.

BMT İŞİD-in bu addımından qorxur - Voronkov

20 Sentyabr 2017 15:27

BMT Təhlükəsizlik Şurası İŞİD-in Yaxın Şərqdə məğlubiyyətdən sonra Asiya və dünyanın digər regionlarına yerləşməsini real təhdid hesab edir. Bunu “İzvestiya” qəzetinə müsahibəsində BMT Baş katibinin müavini Vladimir Voronkov söyləyib.

Moqerinidən kürdlərə referendum çağırışı

20 Sentyabr 2017 15:26

Avropa Birliyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyini referendum qərarını ləğv etməyə çağırır. Bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib. “Avropa Birliyinin İraqın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladıram. Referendum qərarı kimi birtərəfli addımlar kontr-produktiv addımlardır. Belə hallardan qaçmaq lazımdır”, - Moqerini bildirib.

Qacarlar sülaləsinin 51 yaşlı şahzadəsi Milanda tapıldı

20 Sentyabr 2017 15:16

Altı ay əvvəl İngiltərədə itkin düşmüş milyarder Ariane Lak İtaliyanın Milan şəhərində tapılıb. İngilis mediası Ariane Lakini İranda uzun müddət hakimiyyətdə olmuş Qacarlar nəslinin nümayəndəsi kimi təqdim edir. İtkin düşmüş şahzadənin ailəsi onu tapmaq üçün xüsusi detektivlərlə müqavilə bağlayıb. Məlumata görə, şahzadə Milanda tapılasa da, onu tanımaq çətin olub. Detektivlər onu geyimi olduqca çirkli, yaddaşı itmiş və qəzəbli halda tapıblar.

Kataloniyada gərginlik artır - SON DURUM

20 Sentyabr 2017 14:47

İspaniyanın baş prokuroru Xose Manuel Masanın tapşırığı ilə bu gün Kataloniya vilayətindəki 712 bələdiyyə sədrinin ifadələrinin alınmasına başlanılıb. Muxtar vilayətdə mərkəzi hakimiyyət tərəfindən "qanunsuz" elan olunmasına baxmayaraq, oktyabrın 1-nə planlaşdırılan müstəqillik haqqında referendumun baş tutmasına çalışacaqlarını bəyan edən və barələrində istintaq tədbirləri davam edən həmin bələdiyyə sədrləri ifadə verməkdən imtina ediblər. Bu gün 3 bələdiyyə sədri Barselona və Leridadakı prokurorluq binalarına daxil olsa da, prokurorun suallarını cavabsız qoyub. Müstəqillik tərəfdarları binanın qarşısına toplaşaraq onlara dəstək şüarları səsləndiriblər.

"NATO ölkələri Türkiyəyə zenit-raket kompleksləri verməyib"

20 Sentyabr 2017 14:26

Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib. Bunu ABŞ-ın PBS telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyə öz təhlükəsizliyini təmin etməlidir və məhz buna görə də Ankarada Rusiyanın S-400 zenit-raket komplekslərinin əldə olunmasına qərar verilib.

İspaniyada katalon məmurların həbsi başlandı

20 Sentyabr 2017 14:24

İspaniyanın mülki qvardiyası Kataloniyada müstəqillik haqqında referendum hazırlığına görə 12 məmuru saxlayıb. Bu haqda hökumətdəki mənbələrə istinadən “Pais” nəşri bildirib. Saxlanılar arasında telekommunikasiyalar və informasiya, sosial məsələlər, xarici işlər, iqtisadiyyat və maliyyə idarələrinin əməkdaşları var. Saxlanılanların bəziləri referendum haqqında materialların yayılmasında ittiham olunur. Hazırda Katalon hökuməti və digər idarələrdə axtarışlar aparılır. Qvardiyaçılar referendumun hazırlığı ilə bağlı sənədləri axtarırlar.

Rəsmi Yerevan Çexiyada qətl törədən mafiozu müdafiə edir

20 Sentyabr 2017 13:59

Çexiya Respublikasında nəşr olunan "The Prague Post" adlı qəzetin 2009-cu il saylarının birində Praqada erməni mafiyasının üzvlərinin həbs edilməsi haqda xəbər dərc olunmuşdu. Xəbərdə deyilirdi ki, 2007-cı ildə qətl faktı ilə əlaqədar Çexiya polisinin başlatdığı uzunmüddətli istintaqın nəticəsində 2009-cu ilin mart ayında ermənilərdən ibarət 4 nəfərlik qruplaşma nəhayət ki, zərərsizləşdirilib.  Çexiya polisinin araşdırmalarından sonra o da bəlli oldu ki, sözügedən erməni qruplaşmasının fəaliyyəti Avstriyaya qədər gedib çıxıb. İstintaq nəticəsində cinayətkar qruplaşmanın Avstriya ərazisində yaşayan şəxslərdən xərac topladığı aşkarlanmışdı.

Trampın həyat yoldaşı ilə heç kimin bilmədiyi münasibətləri 7 MARAQLI NÜANS

20 Sentyabr 2017 13:55

Onların nikahı başdan-başa ziddiyyətlidir: böyük yaş fərqi, Trampın ideal olmayan reputasiyası, həyat yoldaşının dünya mətbuatında yayılmış çılpaq şəkilləri və ilaxır... Heç nəyə baxmayaraq, Donald və Melaniya 18 ildir birlikdədir və ictimaiyyət arasında alovlu hisslərini nümayiş etdirməsələr də, bir-birini dəstəkləməyə davam edirlər. Bu yazıda oxucuları dünyanın maraqla izlədiyi cütlüyü ilə bağlı diqqətçəkən faktlarla tanış edib. İlk görüş zamanı Melaniya Donalda öz telefon nömrəsini verməkdən imtina edib.

Birinci xanım Xorvatiyaya bir gün vaxt verdi – “ŞƏKİLLƏRİMİ YIĞIŞDIRIN...”

20 Sentyabr 2017 13:27

ABŞ-ın birinci xanımı Melanya Tramp Xorvatiyada Amerika institutuna bir sutka vaxt verib ki, onun şəkili Zaqrebin küçələrində yerləşdirilmiş bilbordlardan yığışdırıısın. Bu haqda RTL telekanalı məlumat yayıb. İngilis dilinin populyarlaşması üçün Amerika institutu Ağ Ev başçısının arvadının şəkilindən istifadə etməklə reklam kampaniyası aparır. "Xanım Tramp hiddətlənib, o, 24 saat ərzində plakatların küçələrdən çıxarılmasını tələb edir, əks halda məhkəmə iddiası qaldırılacaq", – deyə melaniya Trampın vəkili Nataşa Pirs Musar RTL telekanalına bildirib."Qanunla, ticarət məqsədilə insanın şəklini, əgər bu insanın razılığı yoxdursa heç kim istifadə edə bilməz",– vəkil qeyd edib.

Bu ölkə də hərbi təlimlər keçirəcək - "Dragon 2017"

20 Sentyabr 2017 13:25

Polşanın paytaxtı Varşava yaxınlığında “Dragon 2017” geniş miqyaslı hərbi təlimləri keçiriləcək. Təlimlər zamanı Polşa ərazisinə şərti müdaxiləyə qarşı əməliyyatlar həyata keçiriləcək. Təlimlərdə 17 min hərbçi və 3500-dən artıq hərbi texnika iştirak edəcək.