Dünya

Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

16 Mart 2018 18:05

Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə “NHK” telekanalının məlumatında deyilir.

Ərdoğan: Türkiyə qoşunları Mənbicə doğru hərəkət edir

16 Mart 2018 17:50

Türkiyə Silahlı Qüvvələri Mənbic istiqamətində hərəkət edir. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, ABŞ Mənbicin azad olunması məsələsində Türkiyəni dəstəkləməyəcək. Prezident onu da deyib ki, ABŞ bu prosesdə Türkiyəni dəstəkləsəydi, regionun terrorçulardan təmizlənməsi daha tez başa çatardı. “Zeytun budağı” əməliyyatından danışan R.T.Ərdoğan bildirib ki, Türkiyə qoşunları hazırda Suriyanın Afrin rayonunda 1320 kvadrat kilometr əraziyə nəzarət edir.

Gürcüstanı “nəzarətdə saxlayan” erməni oğru həbs edildi

16 Mart 2018 17:40

Tiflisin İsani rayonunda əslən erməni olan qanuni oğru Aramais Qriqoryan həbs edilib. Bu barədə informasiyanı “Rustavi 2” televiziyası yayıb. Qriqoryanın kriminal avtoritet və fırıldaqçılıqla məşğul olduğuna görə həbs edildiyi açıqlanıb. Qanuni oğru ilə bərabər, qardaşı Qriqor Qriqoryan da yaxalanıb.

Hillari Klinton Hindistanda xəstəxanaya düşdü

16 Mart 2018 17:30

ABŞ-ın keçmiş dövlət katibi və ötən prezident seçkilərində namizəd olmuş Hillari Klinton Hindistanda xəstəxanaya yerləşdirilib.  H.Klinton Hindistanın Racasthan ştatında dünyanın ən bahalı iqamətgahlarından olan Umayd-Bhavan kompleksində hotelin vanna otağında yıxılıb. Nəticədə H.Klintonun biləyi sınıb.

ABŞ-Rusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri

16 Mart 2018 16:53

Amerika ordusu Mərkəzi Komandanlığının başçısı general Cozef Votelin fevralın 27-də Nümayəndələr Palatasındakı çıxışında bir sıra məsələlərdə Rusiyanı ittiham etməsi cavabsız qalmayıb.

İrəvanın Pompeo qorxusu – Erməni mediası

16 Mart 2018 16:37

Mayk Pompeo dövlət katibi təyin olunsa, məncə, İrana münasibətdə daha sərt siyasət həyata keçiriləcək.

Sobçakın namizədliyinin ləğvi üçün müraciət edildi – Səbəb

16 Mart 2018 16:35

Mərkəzi Seçki Komissiyasına Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyinin ləğv edilməsi ilə bağlı sorğu göndərmişəm.

Kralın qızı həbs edildi - Ayaqlarını öpdürdüyü üçün

16 Mart 2018 16:34

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudin qızı şahzadə Hassa Bint Salman Parisdə qaldığı evdə çalışan işçini döydürərək ayaqlarını öpməyə məcbur edib.

Türkiyədə polisləri aparan avtobus qəzaya uğradı: yaralılar var

16 Mart 2018 16:28

Türkiyənin şimal-şərqində, Artvin vilayətində polisləri aparan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb. Məlumata əsasən, qəza zamanı avtobusda 11 polis işçisi olub. Xəsarət alanlar şəhər xəstəxanasına yerləşdirilib. Qəzanın səbəbi barədə məlumat verilmir. 

KQB casusu: "Skripalla mənə sui-qəsd hədəsi almışdım"

16 Mart 2018 16:23

Bir ay öncədən Skripalla birgə öldürüləcəyim barədə mənə təhdidlər gəlirdi. Bunu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş casusu və hazırda Yeni Zelandiyada yaşayan Boris Karpiçkov söyləyib. “Nyu Zealand Herald” qəzetinə açıqlama verən eks-casus məlumatı etibarlı mənbədən aldığını, amma o qədər ciddi yanaşmadığını bildirib.

İngiltərədən qalmaqal yaradacaq TÜRKİYƏ QƏRARI

16 Mart 2018 16:22

İngiltərə Daxili İşlər Nazirliyi Ankara anlaşması çərçivəsində Türkiyə vətəndaşlarına verdiyi müddətsiz "yaşama izni"ni bu gündən ləğv edib. Bundan sonra Britaniya Türkiyə vətəndaşlarına aldıqları turist vizaları ilə bağlı, sadəcə, müddətin uzadılma imkanını verəcək.

Tanınmış aktyor bədbəxt hadisənin qurbanı oldu - Dad və qoxu hissiyatını itirdi - VİDEO

16 Mart 2018 15:53

Mərhum Levent Kırca ilə "Olacak O Kadar" proqramında illərlə yer alan Ahmet Çevik ehtiyatsızlıqdan yıxılaraq kəllə-beyin travması alıb. Çevik dad və qoxu hissiyatını itirib. Hadisə barədə aktyorun yaxın dostu olan müğənni Onur Akay məlumat verib. 

Pentaqon: "İran bu ölkəni pulla ələ alıb"

16 Mart 2018 15:01

İran İraqdakı seçkilərə müdaxilə edib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.