Dünya

Rusiyada prezident seçkiləri: Faizlər açıqlandı - YENİLƏNİR

18 Mart 2018 19:29

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb. Rusiya MSK-nın İnformasiya Mərkəzi yerli vaxtla saat 17.08-ə seçici fəallığının 51,9 faiz olduğunu açıqlayıb. Qeyd edək ki, saat 12:00-a seçici fəallığı 34,72 faiz olub.

Kabildə daha bir partlayış – 2 ölü

18 Mart 2018 19:28

Əfqanıstanın paytaxtı Kabildə daha bir partlayış baş verib. Məlumata görə, hadisə yerli vaxtla saat 07.00-da Paqman rayonunda qeydə alınıb. İnsident nəticədsində 2 dinc sakinin həlak olduğu, ən azı bir nəfərin xəsarət aldığı bildirilir.

Şahzadə anasını ev dustağı etdi

18 Mart 2018 19:27

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman iki ildən çoxdur ki, anasına kral Salmanla görüşməyə imkan vermir. Bu barədə informasiyanı ABŞ-ın "NBC Nyus" televiziyası yayıb. Televiziya şahzadənin öz atasına anasının xaricdə müalicə aldığı haqqında uydurma informasiyalar verdiyini bildirib.

Rusiyada seçicilərin 50 faizindən çoxu səs verdi

18 Mart 2018 19:26

Rusiyada prezident seçkilərində yerli vaxtla saat 17:08-ə olan məlumata görə, seçicilərin 51,9 faizi səs verib. Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən məlumat yayılıb.

İslamı qəbul etməyən sevgilisini öldürdü - Almaniyada

18 Mart 2018 19:25

Almaniyaya sığınan əfqanlıstanlı qaçqın İslam dinini qəbul etməyən sevgilisini öldürüb. Əhməd adlı 18 yaşlı əfqanıstanlı qaçqın sevgilisini İslama keçib hicab taxmağı rədd etdiyi üçün qətlə yetirib.

Türkiyə 46 şəhid verdi - Afrin əməliyyatında

18 Mart 2018 19:00

Bu günə qədər Türkiyə ordusunun müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 46 hərbiçi şəhid olub, 225 hərbçi yaralanıb.  Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda 3 min 603 terrorçunun zərərsizləşdirildiyi bildirlib.

İtaliyada 25 əsrlik liman tapıldı

18 Mart 2018 18:29

Yunanların Palepolis adlandırdıqları və 25 əsr bundan əvvələ aid edilən Neapol limanı İtaliyanın məşhur “Kastel-del-Ovo” qəsri yaxınlığında aşkarlanıb.

Rusiya MSK-nın saytı haker hücumuna məruz qalıb

18 Mart 2018 18:26

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytı haker hücumuna məruz qalıb. Məlumata görə, bunu Rusiya MSK sədri Ella Panfilova bildirib. MSK sədri haker hücumlarının hansı ölkədən gəldiyini açıqlamayıb: "Məsələni daha da dərinləşdirmək istəmirəm, hansı ölkədən gəldiyini də deməyəcəm. Bunun öhdəsindən gələcəyik".

Dəhşətli "Noviçok" zəhərini hazırlayan erməni alim: "Yeni ölümlər ola bilər..."

18 Mart 2018 17:08

Ötən əsrin 90-cı illərində ABŞ-a mühacirət etmiş rusiyalı kimyəvi silah mütəxəssisi, Böyük Britaniyanın Solsberi şəhərində keçmiş rusiyalı casus, QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsi üçün istifadə olunan "Noviçok" kimyəvi silahı işləyib hazırlayanlardan biri Vil Mirzəyanovon yeni ölümlərin ola biləcəyi haqda xəbərdarlıq edib.

Tənhalar üçün kafe açıldı

18 Mart 2018 17:05

Hollandiyanın paytaxtı Amsterdamda tənhalar üçün kafe açılıb. Eemaal adlı kafedə bütün stollar bir nəfərlikdir. Kafenin yaranmasının ideya müəllifi rejissor və dizayner Marina Van Qurdur. Kafedə tənha insanlar rahat yemək yesin deyə bu şərait yaradılıb.

Rusiya MSK: "Saat 12.00-a seçici fəallığı 34,72 faiz olub"

18 Mart 2018 16:57

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb. Rusiya MSK  sədrinin müavini Nikolay Bulayev bildirib ki, saat 12:00-a olan məlumata əsasən ölkə üzrə seçici fəallığı 34,72 faiz olub. Hazırda seçki prosesi 88397 seçki məntəqəsində davam edir, 8630 seçki məntəqəsi isə artıq bağlanıb. Ümumilikdə Rusiyada seçkilərdə səsvermə prosesi 22 saat davam edəcək. Seçki məntəqələri yerli vaxtla saat 8-də açılıb, 20:00-da bağlanacaq. İlk olaraq Kamçatka, son olaraq Kalininqrad əhalisi səs verir.

Almaniya 300 qaçqın qəbul edəcək

18 Mart 2018 16:14

Almaniya Liviyada qeyri-leqal miqrantlar üçün düşərgədə saxlanılan 300 qaçqını qəbul edəcək. Məlumata görə, bu barədə bu gün "epd" agentliyi Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Seçki günündə ilk həbs: Sobçakın müşahidəçisi tutuldu

18 Mart 2018 15:53

Kseniya Sobçakın Qroznıdakı müşahidəçisi Pyotr Verzilov həbs edilib. Bu barədə informasiyanı rusiyalı aktivist Ruslan İvanov yayıb. O, Verzilovun seçicilərə kütləvi şəkildə bülletenlərin verilməsini görərək, onlardan bunun səbəbini soruşmaq istədikdən sonra həbs edildiyini bildirib: