Dünya
Skripalın qohumundan Meyə müraciət: Yardım edin!
Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal viza almaqda köməklik göstərməsi üçün Böyük Britaniyanın Baş naziri Tereza Meyə müraciət edib.
ABŞ-da avtobusda atışma baş verib: 3 ölü
ABŞ-ın İllinoys ştatında avtobusda atışma baş verib. Atışma nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə polis əməkdaşlarını avtobusun sürücüsü çağırıb. İlkin məlumata əsasən, 3 nəfəri güllələyən şəxs avtobusun sərnişini olub.
Vatikanda pornoqrafik materiallar yayan diplomat HƏBS OLUNDU
Vatikan tribunalı Vaşinqtondakı nunsiaturun sabiq əməkdaşı, pornoqrafik materiallar saxlamaq və yaymaqda ittiham olunan monsenyor Karlo Kapellanın həbsi barədə order verib.
Macarıstanda parlament seçkilərinə start verildi
Macarıstanda parlament seçkilərində səsvermə prosesinə start verilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılıb. Səsvermə saat 19:00-dək davam edəcək. Daha sonra səslərin sayılmasına başlanılacaq.
Slovakiyada helikopter qəzaya uğrayıb, xəsarət alanlar var
Slovakiyanın Spişska-Nova-Ves aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə yerinə gələn həkimlər xəsarət alanlara köməklik edib və onlar xəstəxanaya yerləşdirilib. Yerli polis hadisənin səbəbini araşdırır.
Londonda hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb
Londonun "Gatwick Airport" hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxsin 55 yaşı var və o terror materiallarının yayılması və terrorçuluğa təhrik etməkdə şübhəli bilinir.
Hesabına səhvən 30 milyon köçürdülər - İNDİ QAYTARMIR
Kemerovo sakini səhvən hesabına köçürülmüş 30 milyon rubl (885475 manat) pulu geri qaytarmaqdan imtina edib.
ABŞ-da hərbi vertolyot qəzaya uğradı: 2 ölü
ABŞ-ın Kentukki ştatında hərbi təyyarə qəzaya uğrayıb. Nəticədə iki hərbçi həlak olub. Aviaqəza aprelin 6-da axşam təlim uçuşu zamanı baş verib. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Almaniyada yük maşınını insanların üzərinə sürdülər : 3 ölü, 30 yaralı
Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb.
“Onun siyasi karyerası bitəcək” - Ərdoğandan sərt açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.
İstanbul boğazında qəza
İstanbul boğazında yük gəmisi sahilə çırpılıb. Məlumata görə, Misirdən səfərə çıxan Malta bayrağı altında üzən "Vitaspirit" adlı yük gəmisi tarazlığı itirərək Sultan Mehmet körpüsü altında restoranların olduğu bölgədə sahilə çırpılıb.
Bu ölkədə 6 mindən çox ibadət evi bağlanır
Afrika qitəsinin şərqində yerləşən Ruanda Respublikasının prezidenti Pol Kaqame ölkədə 700-dən çox məscid və 6 minə yaxın kilsəni bağlamaq qərarını verib.
ABŞ 4 min illik SİRRİ üzə çıxardı
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Misirin Deyr əl Bəşra bölgəsindəki bir türbədə 103 il öncə kəşf edilən mumiyanın şəxsiyyətini təyin edib. 4000 illik sirli mumiyanın dişindən götürülən analiz sayəsində DNT testi edilib.
Türkiyə İraqa qoşun yeritdi - Terrorçulara qarşı əməliyyatlar başladı
Türkiyə Silahlı Qüvvələri Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bağlı Sidekan nahiyəsindəki dağlara əsgərlər göndərib. Bu iddia Ərbildə fəaliyyət göstərən “Rudav” qəzeti tərəfindən irəli sürüüb. Türkidəkan nahiyəsinin Şapan kəndinin nümayəndəsi Fariz Rəsulun verdiyi məlumata görə, Türkiyənin hərbi təyyarələri dünən gecədən bəri bölgəni bombalayır. Türkiyəyə aid 8 hərbi helikopter bu gün 7 kəndin dağlarına əsgər daşıyıb.
12 avtomobili əzə-əzə getdi: Azərbaycanlı sürücünün dəhşəti - VİDEO
Türkiyənin İstanbul şəhərində qorxunc qəza qeydə alınıb. Azərbaycanlı sürücü Azər Əliyev yanacaq daşıyan maşınını təmir etmək məqsədi ilə saxlayaraq onun altına girib.














