Dünya

Bazarda satıcı ilə müştəri arasında dava düşdü - VİDEO

7 Aprel 2018 16:06

Heyvansevər qadınla cücə satıcısı arasındakı dava düşüb. Hadisə Türkiyənin İstanbul şəhərinin Kadıköy bölgəsindəki bazarda baş verib. Bazarda cücə satılmasına qarşı çıxan heyvansevər bir qadınla satıcı arasında mübahisə yaşanıb. Qalmaqal ətrafdakıların müdaxiləsi ilə sonlanıb. Hadisə bazardakı digər şəxslər tərəfindən anbaan lentə alınıb.

Almaniyada “Sosial şəbəkələr”lə bağlı qalmaqal

7 Aprel 2018 16:04

Almaniya hökuməti sosial şəbəkələrdə reklam xərclərini 10 dəfə artırıb. Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb. Qəzetin araşdırmasına görə, hökumət 2013-cü illə müqayisədə 2017-ci ildə sosial şəbəkələrdəki reklam üçün xərcləri 10 dəfə artırıb. Burada hökumətin sosial şəbəkələrdə reklam və təbliğat yazılarına çəkdiyi xərclər nəzərdən keçirilib.

Kosmosa lüks hotel buraxılır - Qonaqlar qəbul ediləcək

7 Aprel 2018 16:02

"Orion Span" startapı 2021-ci ildə orbitə "Aurora Station" adlı lüks sinfə aid hotel buraxmağı, 2022-ci ildə isə qonaqları qəbul etməyi planlaşdırır.

SAÇ DÜZÜMLƏRİ haqqında QEYRİ-ADİ FAKTLAR

7 Aprel 2018 16:01

Hər bir insanın həyatının ayrılmaz hissəsindən biri saçları və saçlara edilən düzgün baxımdır. Bunun üçün isə nə edilir? Əlbəttə ki, xanımlar gözəllik salonuna, bəylər isə bərbərə müraciət edir.

Çavuşoğlu ABŞ-ı AXMAQ adlandırdı: "66 illik müttəfiqliyi heçə sayıb..."

7 Aprel 2018 15:59

Amerikanın “Xarici Siyasət” (Foreign Policy) dərgisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Zeytun budağı” hərəkatının anlamı” başlıqlı məqaləsini yayımlayıb.

İbrahim Tatlısəsin oğlu sevgilisinə görə əlini sındırdı

7 Aprel 2018 15:58

Türkiyə şou-biznesinin imperatoru İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs sevgilisi Yasəmən Şevqatli ilə mübahisə edib.

"Möhtəşəm yüz il"in aktrisası TANINMAZ HALDA

7 Aprel 2018 14:21

“Möhtəşəm yüz il” tarixi serialı ilə minlərlə izləyicinin sevgisini qazanan aktrisa Məryəm Üzərli tanınmaz hala düşüb. Aktrisa çənə ucuna, dodaqlarına və yanaqlarına dolğu etdirib.

Qarabağda erməni komandir əsgərini vəhşicəsinə döyüb xəstəxanalıq etdi

7 Aprel 2018 12:44

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal etdiyi ərazilərində yerləşən bölmələrdən birində daha bir əsgər vəhşicəsinə döyülüb. Hadisə Artur Areyanın komandiri olduğu batalyonda baş verib. Belə ki, batalyonun komandiri, mayor Artur Аreyan həqiqi hərbi xidmətə çağrılan əsgər Artur Simonyanı vəhşicəsinə döyüb. Əsgər aldığı xəsarətlərlə hərbi hospitala yerləşdirilib.

WhatsApp-da daha bir yenilik olacaq

7 Aprel 2018 12:38

“Wabetainfo” saytı “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib. Messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib.

Tanınmış aktrisası vəfat etdi - Günün üzücü xəbəri...

7 Aprel 2018 12:34

Türkiyənin tanınmış opera sənətçisi, aktrisa, rəssam, professor Sevda Aydan vəfat edib. Aktrisa bu gün səhər saatlarında İzmirdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Senat Trampın namizədini dinləyəcək

7 Aprel 2018 11:20

ABŞ prezidentinin Senata Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyinin təsdiqlənməsi üçün etdiyi müraciətə aprelin 12-də baxılacaq.  Senatın Beynəlxalq Münasibətlər Komitəsi tərəfindən keçiriləcək dinləmələrdə namizəd kimi irəli sürülən Mayk Pompeo senatorların suallarına cavab verəcək, daha sonra isə komitə onun namizədliyinin təsdiqi üçün səsvermə keçirəcək. Komitənin səsverməsi bitdikdən sonra isə M.Pompeonun namizədliyinin təsdiqi üçün Senatın ümumi səsverməsi keçiriləcək.

Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran - Mahir Şükürov hadisə yerinə aparıldı

7 Aprel 2018 10:59

Türkiyədə təxminən üç il əvvəl mafiya üzvləri arasında küçədə baş vermiş silahlı toqquşmaya müdaxilə edən polis zabitini ürəyindən vuraraq öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı hadisənin baş verdiyi yerdə istintaq eksperimentinə cəlb edilib.

Dünyanın ən qədim Quranı nümayiş olunacaq: DUBAYDA

7 Aprel 2018 10:58

Dubayda aprelin 19-da əsas eksponatı Müqəddəs Quran kitabının nadir nüsxəsi (ən qədim nüsxələrdən biri sayılır) olan sərgi keçiriləcək. Məlumata görə, bu kitab Böyük Britaniyada Birminhem Universitetinin kitabxanasında aşkarlanıb.

Hədəfimiz bu əraziləri Rusiyaya birləşdirməkdir - Separatçı

7 Aprel 2018 10:45

Donbas Rusiyanın bir parçası olmalıdır.  Bunu Donetsk separatçılarının “nazirlər şurasının” keçmiş sədri Aleksandr Boroday deyib.

Qəzza zolağında növbəti toqquşma: ölənlərin sayı artdı

7 Aprel 2018 10:44

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb, 350-dən çoxu isə müxtəlif xəsarətlər alıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf Kidra məlumat yayıb.