Dünya

ABŞ-dan TARİXİ QANUN LAYİHƏSİ - Türkiyəyə silah satılmayacaq

27 Aprel 2018 10:23

ABŞ Konqresində Respublikaçı və Demokratçı bir qrup senator F-35 tipli qırıcı təyyarələrin Türkiyəyə satılmasını əngəlləmək üçün qanun layihəsi hazırlayıb. Senatorlar buna səbəb olaraq rahib Endryu Kreyq Bransonun Türkiyədə həbsdə olmasını göstərib.

Məşhur professor ilk dəfə həyat yoldaşı ilə birgə rəsmini YAYIMLADI - FOTO

27 Aprel 2018 10:17

 Məşhur professor Canan Karatay efir zamanı ilk dəfə özəl həyatından bəhs edib. Olaylar.az bildirir ki, həftəiçi TRT1 kanalında yayımlanan “Pelin Çift ilə yaxşı fikir” verilişinə qatılaraq efir vaistəsilə həyat yoldaşını çox sevdiyini bildirib. Veriliş zamanı o “bizi analarımız tanış etdi. Onu çox sevirəm. Yanımda olan zaman belə darıxıram” deyərək həyat yoldaşına olan sevgisini bir daha elan edib.

Buzlaqları “qar topları” ilə qorumaq təklif olundu

27 Aprel 2018 10:02

Qlobal istiləşmə ilə əlaqədar olaraq İsveçrədəki Alp buzlaqları tədricən əriməyə başlayıb. Buzlaqların tamamilə əriməsi yaşayış məntəqələrində dağ gölləri və quyuların quruması ilə nəticələnə bilər. Niderlandın Utrexta Universitetinin bir qrup alimi İsveçrənin cənub-şərqində o qədər də böyük olmayan buz dağlarını qorumağı təklif edir. Bunun üçün onlar yayda əriyən xizək yollarının bərpası üçün istifadə edilən “qar topları” ilə buzlaqları atəşə tutmağı məsləhət görürlər.

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

27 Aprel 2018 09:42

Moskva metropoliteninin stansiyalarında 400-dən çox vendinq avtomatları (qida və su məhsullarının satışı üşün avtomatlar – red.) quraşdırılacaq. Bu avtomatlar 55 stansiyada yer alacaq.

Qəza yerinə gələn helikopter aviamühəndisin üzərinə düşdü - VİDEO

27 Aprel 2018 09:08

Kolumbiyada vertolyot qəzaya uğrayıb. Hadisə yerinə gələn digər helikopter isə ərazidə işləyən aviamühəndisin üzərinə düşüb. Hadisə ölkənin cənub-şərqində baş verib. Kadrlarda hadisə yerinə gələn ikinci vertolyotun havada necə dayandığı, aşağıda qəzaya uğramış helikopterin üzərinə kiminsə çıxmağa çalışdığı, başqa bir şəxsin isə yerdə durub havadakı vertolyotun pilotuna nə isə işarə etdiyi görünür. Lakin bu zaman havadakı vertolyot gözlənilmədən idarəetməni itirir və ona işarə verən şəxsin üzərinə düşür.

Alternativ “Facebook” yaradılır - FƏRQLİ OLACAQ

27 Aprel 2018 08:56

Müasir dünyamızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Artıq hər kəs sosial şəbəkələrdə şəxsi foto və videolarını paylaşır, xəbər və statuslara şərhlər yazır, müxtəlif forma və məzmunda paylaşımlar edir. Lakin əhalinin yaşlı təbəqəsi sürətlə inkişaf edən texnoloji yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkir.

Arvadına gələn mesajı görəndə xəyanət etdiyini anladı - Qətl anı kameraya düşdü - VİDEO

26 Aprel 2018 19:30

Konyada arvadıyla görüşdüyünü öyrəndiyi Reşit Aydını işlətdiyi idman zalında bıçaqlayaraq öldürən Uğur K.-nın qətl anı təhlükəsizlik kamerasına düşüb. Qatil hadisədən 15 dəqiqə sonra saxlanılıb. Şübhəli həmin şəxsi arvadı ilə görüşdüyü üçün öldürdüyünü etiraf edib. 

Alman alimləri: Bu qida məhsulları qocalmanı ləngidir

26 Aprel 2018 19:00

Almaniya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, tərkibində selen olan qida məhsulları orqanizmdə gedən qocalma proseslərini ləngidir.

Qreypfrut yeyəndə, diqqətli olun! - İnanılmaz faktlar...

26 Aprel 2018 18:55

Qreypfrut və bu sitrus meyvəsinin şirəsi çox faydalı sayılır. Belə hesab olunur ki, qreypfrut qanda xolesterinin səviyyəsini aşağı salır, immun sisteminə, maddələr mübadiləsinə müsbət təsir edir, şəkərli diabet xəstəliyi zamanı şəkərin səviyyəsini aşağı salır, piylərin parçalanmasını sürətləndirir ki, nəticədə arıqlamağa kömək edir. Qreypfrut orqanizmə iltihab və göbələkəleyhinə təsir edir.