Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb
27 Aprel 2018 00:31 DünyaRusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb. APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir.
"Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Rusiya XİN-i Ermənistanda müxalifət və hakimiyyət arasında dialoqun keçiriləcəyinə ümidvar olduğunu bildirib. Daha əvvəl Karen Karapetyan Moskvada məsləhətləşmələr keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31