Dünya

“Instagram” sosial şəbəkəsi “Stories” bölməsi üçün yeniləmə təqdim edib

26 Aprel 2018 18:45

“Instagram” sosial şəbəkəsi "Stories" bölməsinə yeni funksiya əlavə edib. İndi yuxarıdan sağ küncdə yerləşən xüsusi ikonkanın üzərinə sıxmaqla bölmədə qalereyaları dərc etmək olar. Funksiya 10-dək material dərc etməyə imkan verir.

Dünyanın ən böyük smartfon bazarında kəskin azalma qeydə alınıb

26 Aprel 2018 18:40

Çinin smartfon bazarının həcmi cari ilin birinci rübündə xeyli azalıb. “Counterpoint Research” analitiklərinin məlumatına görə, “Xiaomi” və “Apple” şirkətlərində isə artım qeydə alınıb.

“Twitter”də məxfilik siyasəti yenilənib

26 Aprel 2018 18:35

"Twitter" mikrobloqlar servisi Avropa İttifaqında fərdi məlumatların mühafizəsi haqqında yeni qaydalar qüvvəyə minməzdən əvvəl xidmətlərin göstərilməsi və məxfilik siyasəti şərtlərini yeniləyib. Bu barədə servisin saytında deyilir.

“Opera Touch” mobil brauzeri təqdim olunub- VİDEO

26 Aprel 2018 18:30

“Opera Software” şirkəti internet saytlarına daxil olmaq üçün adi əlavələrdən bir sıra xüsusiyyətlərinə görə fərqlənən “Opera Touch” mobil brauzerini təqdim edib. Əlavənin təsviri “Opera” bloqunda dərc edilib.

Tramp Şimali Koreya lideri ilə görüşdən DANIŞDI

26 Aprel 2018 17:08

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla mümkün görüşdən danışıb. Ağ Evin lideri görüş üçün 3-4 tarix və 5 məkan arasında seçim etməli olduqlarını bildirib. Bir neçə gün əvvəl isə Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra bildirmişdi ki, Kim Çen Inla görüş çox tezliklə olacaq.

Məmur oğurluq edərkən görüntüləndi və istefa verdi - VİDEO

26 Aprel 2018 17:06

İspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub. İspaniyanın hakim partiyası olan Xalq Partiyasının üzvü olan xanımKristina Sifuentesin 2011-ci ildə parfumeruya mağazasından krem oğurladığı görüntüləri yayılıb.

Paşinyan SÖZ VERDİ: “Hakimiyyətə gəlsəm, sizi...”

26 Aprel 2018 17:04

Ermənistanda etiraz aksiyalarının lideri, müxalifət deputatı Nikol Paşinyan hakimiyyətə gələcəyi halda, siyasi dustaqları azad edəcəyinə söz verib. Paşinyan bu haqda paytaxt İrəvanın şimal rayonları üzrə yürüşdən sonra keçirilən mitinqdə bildirib. Daha əvvəl müxalifət 2016-cı ildə İrəvanda patrul-post xidmətinin binasına hücumun iştirakçılarını azad etməyi tələb edib. Həmin hücumda 3 polis öldürülmüş, bina iyulun 17-dən 31-dək silahlıların əlində qalmışdı.

ABŞ konsulluğunun qarşısında naməlum şəxs özünü yandırmaq istədi

26 Aprel 2018 16:27

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısında naməlum şəxs özünü yandırmağa cəhd göstərib. İstanbulun Sarıyeri rayon polisi və xüsusi təyinatlı dəstənin əməkdaşları adı açıqlanmayan şəxsin özünü yandırmasının qarşısını alıblar.

Sarkisyanı devirən Paşinyan ondan daha təhlükəlidir – “Qarabağ məsələsi…”

26 Aprel 2018 16:12

Ermənistanda 11 gündür ki, davam edən etirazlardan sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verib. Etirazlara millət vəkili Nikol Paşinyan və onu dəstəkləyən qrup rəhbərlik edir.