Dərbənddə xüsusi əməliyyat: 11 İŞİD tərəfdarı məhv edildi

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıblarmış.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Əməliyyat zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv edilib. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31