Dünya
Əfqanıstanda məscid yaxınlığında partlayış olub
"Putin mənim dostumdur"
ABŞ Avropa İttifaqı və Kanadaya ultimatum verib
Nəhəng pitonlar şəhərə hücum etdi
Xalq gecə vaxtı küçələrə çıxıb, Paşinyanı yola saldı - video
Ərdoğanın 7 məsləhətçisi istefa verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 məsləhtçisi, 24 iyun seçkilərində millət vəkili namizədi olmaq üçün istefa verdi. Prezident Ərdoğanın 34 məsləhətçisindən 7-si, AK Partiyadan millət vəkili namizədi ola bilmək üçün istefa verib. 5-i qadın olan məsləhətçilərin hamısı keçmiş AK Partiyasından olan vəkillərdir.
Rusiya, İran və Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ
Rusiya, İran və Türkiyə Suriya böhranının nizama salınması üzrə birgə işin pozulması cəhdlərinə qarşı duracaq. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astana prosesi çərçivəsində keçirilən görüşünün nəticəsinə görə bildirib. Lavrov əlavə edib ki, Rusiya, İran və Türkiyə etnik və dini əlamətlər üzrə Suriyanı bölmək cəhdlərini qəbuledilməz hesab edir. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşün sonunda Suriya böhranı ilə əlaqədar birgə bəyannamə qəbul etdiklərini açıqlayıb.
Nur Yerlitaşın MÖHTƏŞƏM DƏYİŞİMİ: Arıqlamağa davam edir- FOTO
Türkiyəli modelyer Nur Yerlitaş uzun bir müddətdir ki, arıqlamaq qərarı alıb. O bu yolda əmin addımlarla irəliləyir. Belə ki, kifayət qədər arıqlayan sosial media fenomeni Yerlitaşı görənlər tanımayıb.
Abdullah Gül Ərdoğanın rəqibi olur? - Son qərar AÇIQLANDI
Türkiyənin 11-ci prezidenti Abdullah Gül prezidentliyə namizədliklə bağlı qərarını açıqlayıb. Sabiq prezidenti 24 iyunda keçirilən seçkilərdə prezidentliyə namizəd olmayacağını ifadə edib. “Əhatəli bir razılaşma olmadığı üçün namizədliyimlə əlaqədar bir məsələ artıq müzakirə mövzusu deyil”, - o bildirib.
Ermənistanda etirazlar daha iki 2 şəhərdə...
Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar. N.Paşinyan “Facebook” səhifəsində yazıb: “Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək”.
İŞİD-in lideri məhv edildi
Yəməndə xüsusi təyinatlı dəstə şənbə günü əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının yerli başçılarından birini öldürüb, həmçinin üç döyüşçünü tutub. Bu haqda “RİA-Novosti” agentliyinə yerli güc strukturlarındakı mənbə bildirib.
Dünya şöhrətli aktyor TANINMAZ HALDA - FOTO
53 yaşlı Hollivud aktyoru Kianu Rivz reportyorlardan, qalmaqallardan, əyləncə və qala gecələrindən uzaq olmağa çalışır. Xoşbəxtlikdən kinoya çəkilməyə davam edir və bunun sayəsində də biz ulduz həyatından xəbər tuturuq. Hazırda Bruklində “John Wick” filminin üçüncü hissəsi üzərində çəkilişlər gedir, aktyor ekran işində əsas rolu oynayır və çəkilişlər üçün vaxtının çoxunu idman zalında keçirir. Maqazin səhifələrini bəzəməyi sevməyən tənhə ulduz artıq tanınmaz hala düşüb.














