Dünya

Mariya Zaxarova: ""Skripal işi"ni diqqətdən kənarda qoymayacağıq"

29 Aprel 2018 21:30

Rusiyanın Xarici İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi işinin araşdırılmasını diqqətdən kənarda qoymaq niyyətində deyil. Çünki Moskvada bu mövzu ilə bağlı ictimaiyyətə veriləsi məlumat var. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, qeyd edib ki, Britaniyada bu işlə bağlı hamı nədənsə ani olaraq susub. Bu, olduqca qəribə görünür.

Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır

29 Aprel 2018 21:23

Bu ilin mayında Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq. Bu, Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgiya Cancqavanın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdə məlum olub. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi notasında bildirilib ki, Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətlər və tərəflərin bu münasibətlərin inkişafı arzulamasını nəzərə alınaraq, 2018-ci ilin mayında Səudiyyə Ərəbistanının Tbilisidə səfirliyi açılacaq.

Məşhur fotoqraf şahzadəyə təcavüz edib? - ÖLKƏ QARIŞDI

29 Aprel 2018 21:16

İsveçin məşhur qəzeti “Svenska Dagbladet” vəliəhd şahzadə Viktoriyanın təcavüzə məruz qaldığına dair məlumat yayıb.  41 yaşlı şahzadəyə təcavüz edən şəxs ölkənin məşhur fotoqraflarından və mədəniyyət-sənət sahəsinin önəmli fiqurlarından biri olan 71 yaşlı Jean-Claude Arnaultdur. Bu barədə qəzetə Arnaulta yaxın 3 mənbə bildirib.

Sabiq prezident vəfat etdi

29 Aprel 2018 21:04

1980-ci ildə hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olan general Luis Qarsiya Mesa Texada vəfat edib.  Luis Qarsiya Mesa aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.

Robot insanları işə götürür

29 Aprel 2018 16:47

Rusiyanın “Stafory.com” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan robot insanlarla söhbətlər aparır və işə uyğun namizədləri seçir. Şirkət yeni işçilərə ehtiyacı olan kommersiya təşkilatları üçün işə qəbul xidmətləri təklif edir. Vera adlanan robot hər gün mindən çox potensial əməkdaşla söhbətlər aparır.

"Melaniya Tramp Ağ Evdə əsir saxlanılır" - Fransanın birinci xanımı

29 Aprel 2018 16:44

Fransa prezidenti Emmanuel Makronun 65 yaşlı xanımı Bricit Makron ABŞ səfərindən sonra ölkəsinin “Paris’te Le Monde” qəzetinin müsahibə verib. Vaşinqtonda keçirdiyi maraqlı anları bölüşən Fransanın birinci xanımı ABŞ-ın birinci ledisi Melaniya Trampın gündəlik həyatından da danışıb. Xanım Makron bildirir ki, Melaniya Tramp Ağ Evdə əsir, dustaq kimi yaşayır:

Tatlısəsin Ərdoğanla bağlı bölüşdüyü xatirələr yalan çıxdı - VİDEO​​​​​​​

29 Aprel 2018 16:42

Məşhur müğənni İbrahim Tatlısəsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edərkən bölüşdüyü xatirələr yalan çıxıb. Tatlısəs Ərdoğanın bələdiyyə sədri olduğu zaman evlərinə təbii qaz xətti çəkdirdiyini bildirib. Müğənni qeyd edib ki, oğlu İdo həmin dövrdə iki aylıq olub.

Qorbaçovun qaynı dəlixanada öldü: Müəmmalı tale

29 Aprel 2018 16:34

Voronejdə Raisa Qorbaçovanın qardaşı - yazıçı Yevgeni Titarenko vəfat edib. Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib. SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.

Ərdoğan Koreyaya gedir

29 Aprel 2018 16:28

İclasdan sonra Özbəkistana yola düşürük, iki gün orada olacağıq. Oradan da Cənubi Koreyaya keçəcəyik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul mahal Gənclik qolları toplantısında çıxışı zamanı deyib.

Rusiyada dəhşətli qətl: ana iki övladını yandırdı

29 Aprel 2018 16:19

Rusiyanın Nijni Novqorod şəhərində dəhşətli qətl hadisəsi baş verib.  Yelena Kərimova adlı qadın 2 övladını boğaraq qətlə yetirdikdən sonra cəsədləri yandırıb. Yelena Kərimova bunun üçün xüsusi plan hazırlayıb.