Xalq gecə vaxtı küçələrə çıxıb, Paşinyanı yola saldı - video
28 Aprel 2018 22:58 DünyaErməni müxalifətinin lideri Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarına avto-yürüşə çıxıb.
Axar.az xəbər verir ki, Paşinyan və yüzlərlə tərəfdarı Vanadzora istiqamətlənib. Burada axşam saatlarında mitinq planlaşdırılıb.
Bundan əvvəl isə Paşinyan doğulduğu İcevan şəhərində mitinq keçirəcək.
"Biz sat 14:00-da mitinqin keçiriləcəyi İcevana üz tuturuq. Saat 17:00-da isə Vanadzorda mitinq olacaq", - Paşinyan Feysbuk səhifəsində yazıb.
***
Nikol Paşinyanın İcevandakı mitinqinə qatılmaq üçün şəhər sakinləri meydana toplaşıb. Hazırda Paşinyan da mitinqin keçirildiyi əraziyə gəlib.
***
O, İcevandakı çıxışında qeyd edib ki, Ermənistanda qanunsuzluq, özbaşınalıq dövrü başa çatdı, indi hamı qanun qarşısında bərabər olacaq.
Daha sonra Nikol Paşinyan Ermənistanın Vanadzor şəhərinə gəlib.
Paşinyan burada şəhər sakinlərinə müraciətində sükanı möhkəm saxlamağa çağırıb.
***
Paşinyanın rəhbərliyi ilə Vanadzordakı aksiya başa çatıb. Daha sonra N.Paşinyan İrəvana yola düşüb.
Qaranlıq olmasına baxmayaraq, yaxın ərazidə yaşayan sakinlər Paşinyanla birgə avto-yürüşünü yolun kənarına düzülməklə, əl çalaraq yola salıblar.