Əfqanıstanda məscid yaxınlığında partlayış olub

Əfqanıstanın Cəlalabad şəhərində bombanın partlaması nəticəsində 6 nəfər yaralanıb.

"Report" "Avapress.com"a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətinin 6-cı polis bölməsindəki seçicilərin qeydiyyat mərkəzi yaxınlığında qeydə alınıb.

Hadisənin baş verdiyi yerə yaxın ərazidə məscid də yerləşir.

Partlayıcı maddə "Zarang" markalı motosikletdə tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31