Dünya

Prezidentlərin əkdikləri ağac yoxa çıxdı – RƏSMİ AÇIQLAMA

30 Aprel 2018 12:33

Fransa prezidenti Emmanuel Macronun Amerikaya rəsmi səfəri zamanı hədiyyə etdiyi və prezident Donald Trampla birgə Ağ evin önünə əkdiyi ağac  bir neçə saat sonra götürülüb. Olaylar.az bildirir ki, ağac Fransanın şimalında 2 min Amerika əsgərinin Birinci Dünya müharibəsi zamanı həyatını itirdiyi bölgədəki meşəlik sahədən götürülmüşdü.

İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti üzərinə götürdü

30 Aprel 2018 12:32

İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Səhər saatlarında Kabildə baş verən iki partlayış nəticəsində ölü sayı 25 nəfərə çatıb. 50-dən çox yaralı var.

Eks-prezidentin tərəfdarı vəhşicəsinə döyüldü

30 Aprel 2018 11:34

Ukraynanın Kremençuq şəhərində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin tərəfdarı döyülüb. Məlumata görə, vəhşicəsinə döyülən Oleq Filipas bu zorakılığa yaşadığı mənzildə məruz qalıb. 

Gürcüstanda ictimai yerlərdə tütündən istifadə qadağan olunur

30 Aprel 2018 11:28

Gürcüstanda mayın 1-də ictimai yerlərdə tütündən istifadəyə qadağa qüvvəyə minəcək. Xüsusi təyinatlı istənilən bina, bar və restoranlar, ictimai nəqliyyat, təhsil müəssisələri və yeniyetmələrin olduğu yerlər, tibbi və əczaçılıq müəssisələrinə yaxın ərazilər, yanacaqdoldurma məntəqələri və stadionlarda siqaret çəkmək qadağan olunacaq.

Yeni metal pullar buraxıldı - Kağız pulları əvəz edəcək

30 Aprel 2018 11:24

Ukraynada dövriyyəyə yeni metal pullar buraxılıb. Məlumata görə, 1 və 2 qrivna artıq aprelin 27-dən istifadəyə verilib. Bundan sonra tədriclə bu nominalda olan kağız pullar dövriyyədən çıxarılacaq.

Kvirikaşvili: “NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir”

30 Aprel 2018 11:18

“NATO-ya üzvlük Gürcüstanın xarici siyasəti və təhlükəsizliyi üçün əsas prioritetdir”. Məlumata görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən “NATO-Gürcüstan” xalq diplomatiyası forumunda çıxışı zamanı deyib.

Türkan Şoray 197 nəfərin içindən məhz o aktrisanı seçdi - FOTO

30 Aprel 2018 11:08

Müjdat Gezenin ssenarisi və rejissorluğu ilə çəkiləcək filmdə Türkan Şorayın cavanlığını canlandıracaq aktisa axtarırdı. İstədiyi aktisani tapa bilmədikdə isə qəzetlərə elan verdi. 197 nəfərin müraciət etdiyini bildirən Müjdat Gezen onların heç birinin Türkan Şoraya bənzəmədiyini qeyd edib.

Kremlin Paşinyana barmaq silkələməsi öz işini gördü 

30 Aprel 2018 11:06

“Ermənistan-Rusiya münasibətləri daha da inkişaf edəcək və dərinləşəcək”. Bu sözləri Ermənistanda günlərdir davam edən etiraz aksiyalarının lideri Nikol Paşinyan deyib. Məsələ ondadır ki, Paşinyan belə qərarı Rusiya Dumasının nümayəndələri ilə görüşündən sonra verib və bu qərar ona dəstək göstərən bir sıra anti-Rusiya meyilli siyasi-ictimai dairələrinin etirazlarına səbəb olub. Düzdür, erməni müxalifətinin lideri sonradan öz sözlərini korrektə edərək, Ermənistanın başqa ölkələrlə - ABŞ, AB ölkələri və Çinlə münasibətlərini inkişaf etdiriləcəyini deməsi də, onun Rusiya ilə bağlı verdiyi qərar da bu narazılığı aradan qaldırmayıb.

Moskvada qeyri-iş günlərində spirtli içki satılmayacaq - Qadağa

30 Aprel 2018 10:58

Rusiya paytaxtında may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub. Mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq.

Britaniyanın DİN rəhbəri vəzifəsindən istefa veridi

30 Aprel 2018 10:53

Britaniyanın daxili işlər naziri Ember Radd vəzifəsindən istefa verib. Məlumatı yayn "Sky News" bunu Daxili İşlər Nazirliyinin ölkədəki miqrantların deportasiya edilməsi qalmaqalı ilə əlaqələndirib.

62 yaşlı kişidən evlilik təklifini rədd edən sevgilisinə qarşı ŞOK ƏMƏL

30 Aprel 2018 10:50

Gecə yarısı evə nərdivanla dırmaşan yaşlı kişi dəhşət saçıb. Türkiyənin İzmir şəhərində yaşayan 62 yaşlı K.Mustafa 55 yaşlı Vicdan Özetçini və daha əvvəl həyat yoldaşından boşanaraq anası ilə yaşayan qız Hülyanı ov tüfəngi ilə vurub.