Dünya
Tbilisidə etiraz aksiyası dayandırılıb, 3 nəfər saxlanılıb
Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.
Parisdə insanlara bıçaqla hücum edən şəxsin kimliyi məlum oldu
Dünən axşam Parisdə bıçaqla insanlara hücum çəkən şəxs Çeçenistan əsilli 20 yaşlı gənc olub. Bu barədə "Europe1" radiosu polisdəki mənbəyə istinadən məlumat yayıb.
İŞİD Parisdəki hücuma görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması Fransanın paytaxtı Parisdə naməlum şəxsin bıçaqla ətrafdakılara hücum etməsinə görə məsuliyyəti üzərinə götürüb. Bu barədə "Associated Press" məlumat yayıb.
Ayrılmadıqlarını bu foto ilə sübut etdilər
Gülben Ergen ilə Burak Törerin ayrılmaları ilə bağlı xəbər yayılıb. Cütlük bunun şayiə olduğunu bildirib. Gülbən və Burak birlikdə olduğunu sübut etmək üçün əl-ələ şəkil çəkdirib və İnstaqramda yayımlayıblar. Daha sonra isə onlar birlikdə yol gedərkən görüntüləniblər.
İndoneziyada partlayışlar: 6 ölü, 35 yaralı
İndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb. Sinxua agentliyinin yaydığı məlumata görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.
İsrail Qəzzaya zərbələr endirib
İsrailin Hərbi Hava Qüvvələri Fələstinin Qəzza sektorunun şimal hissəsinə zərbələr endirib. Bu barədə “Wafa” agentliyi ərazidəki xüsusi mənbəyə istinadən məlumat yayıb.
İsrail təmsilçisi Netta “Eurovision-2018”-in qalibi oldu
Suriyada partlayış: 9 ölü, 28 yaralı
Suriyanın şimalında partlayış törədilib. İki avtomobilin partladılması nəticəsində 9 nəfər həlak olub, daha 28 nəfər yaralanıb. Ölənlərdən 3-ü xəstəxana mühafizəçiləridir.
"Eurovision-2018"-də BİABIRÇILIQ: Müğənninin mikrofonunu əlindən aldılar - VİDEO
Portuqaliyada keçirilən "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində xoşagəlməz hal yaşanıb. Böyük Britaniya təmsilçisinin çıxışı zamanı naməlum şəxs səhnəyə çıxaraq mikrofonu müğənninin əlindən alıb. Təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra müğənni mahnını oxumağa davam edib.
Tramp Şimali Koreyaya TƏŞƏKKÜR ETDİ
ABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib. Ağ Ev rəhbəri bu barədə "Twitter" hesabında yazıb.
Şimali Koreyanın nüvə poliqonunu bağlayacağı tarix açıqlandı
Koreya Xalq Demokratik Respublikası (KXDR) Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim bu il mayın 23-25-də keçiriləcək.
Ərdoğandan BMT-yə: "Biz ədalət tələb edirik"
Ermənistan prezidenti yeni hökumətin bütün nazirlərini təyin edib
Ermənistan prezidenti Armen Sarkisyan yeni hökümətin bütün nazirlərini təyin edib.
ABŞ koalisiyası Suriyaya aviazərbələr endirdi - azı 17 nəfər həlak oldu
ABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.
Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib
Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib.














