Tbilisidə etiraz aksiyası dayandırılıb, 3 nəfər saxlanılıb

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

Polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb.  Etirazların təşkilatçılarından olan "Ağ səs-küy" hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31