Parisdə insanlara bıçaqla hücum edən şəxsin kimliyi məlum oldu
Dünən axşam Parisdə bıçaqla insanlara hücum çəkən şəxs Çeçenistan əsilli 20 yaşlı gənc olub. Bu barədə "Europe1" radiosu polisdəki mənbəyə istinadən məlumat yayıb.
13 May 2018 10:28 DünyaDünən axşam Parisdə bıçaqla insanlara hücum çəkən şəxs Çeçenistan əsilli 20 yaşlı gənc olub.
Bu barədə "Europe1" radiosu polisdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, mayın 12-də axşam saatlarında Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. İnsident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Həmin şəxs polis tərəfindən zərərsizləşdirilib.
İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31