Dünya
Qüds hadisələri: Beynəlxalq reaksiya nədir?
ABŞ-ın Qüdsdə yeni səfirlik açmasından sonra Qəzza Zolağında İsrailin çəkdiyi hasar zonasında azı 55 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 2700 nəfər yaralanıb, Fələstin rəsmiləri deyirlər.
ABŞ-da Serj Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı
ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) müstəntiqləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr, Saşik və Levon Sarkisyana qarşı cinayət işi açıb.
Türkiyədə bayraqlar endirildi
Yaxın Şərqdə yeni savaşın ayaq səsləri
Ermənistanda etiraz aksiyası: fəhlələr tətilə başladı - VİDEO
Ermənistanda yenidən seçkilər keçiriləcək
Hadisənin arxiv şəklini paylaşdı: "Çox çirkin olub"
"Fənərbahçe"nin keçmiş futbolçusu Serhat Akının müğənni Hadisə haqqında dediyi sözlər qalmaqala səbəb olub. Futbolçunun bir neçə gün öncə Hadisə haqda "Əvvəllər çox çirkin olub. Heç bəyənmirdim onu. Sonradan açıldı. Ərəb atlarına oxşadı" deməsi həm sənətçini, həm də onu sevənləri qəzəbləndirib.
Mahmud Abbas Fələstində 3 günlük matəm elan etdi
Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib. Bunu Mahmud Abbas Sky News Arabia televiziya ilə xalqa müraciətində deyib.
CAR İsraildəki səfirini geri çağırdı
Cənubi Afrika Respublikası (CAR) Qəzzadakı baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb. Bu haqda məlumatı CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bildirib.
Məşhur aparıcı ərə getdi - FOTOLAR
Məşhur aparıcı Burcu Esmersoy nişanlısı Berk Suyabatmazla nikaha masasına oturub. Cütlüyün toyu Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunda baş tutub.
Türkiyədə üç günlük matəm elan edildi
ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub. Bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı
Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini elan edib.
Tramp əməliyyat olundu
ABŞ-ın 48 yaşlı birinci xanımı Melanya Tramp bazar ertəsi böyrəklərindən əməliyyat olunub. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Rusiyadan Yəmənə gedən gəmi raketlə vuruldu
Rusiyadan Yəmənə buğda daşıyan yük gəmisinin üzərinə raket düşüb. Gəmi İstanbulda yerləşən "Ince Shipping Group" şirkətinə məxsusdur. Onun göyərtəsində Novorossiyskdə yüklənmiş təqribən 50 min ton buğda olub. Raket gəminin anbarına düşərək partlayıb.
3,8 bal gücündə zəlzələ
İranın mərkəzi bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.



.jpg)









