Ermənistanda yenidən seçkilər keçiriləcək
15 May 2018 10:13 SiyasətErmənistanda növbədənkənar parlament seçkiləri avqustun sonu - sentyabrın əvvəlində keçirilə bilər. Trend xəbər verir ki, bu barədə yeni seçilmiş Baş nazir Nikol Paşinyanın "Vətəndaş razılığı" partiyası xəbər yayıb.Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində Baş nazir seçilib.Ötən gün N.Paşinyan Socidə keçirilən sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31