Dünya
Sel 300 min baş heyvanın ölümünə səbəb oldu
Avstraliyada yağışların səbəb olduğu sel nəticəsində 300 min baş iribuynuzlu heyvan ölüb. Ölkənin Queensland əyalətinin Tounsville şəhərində ötən həftə ərzində yağan yağış minlərlə evi su altında qoyub. Yerli medianın yazdığına görə, ötən həftə bir illik yağıntı norması düşüb. Mövsüm quraq keçdiyindən təsərrüfat sahibləri çətin anlar yaşayıb. Lakin birdən-birə yağan yağış və sel 300 milyon dollar dəyərində 300 min baş heyvan itkisinə səbəb olub.
Hökumətdən müsəlman qadınlara qarşı SƏRT QƏRAR: Bundan sonra dövlət orqanlarında...
İsveçrənin Cenevrə Muxtar Respublikasında müsəlmanlara qarşı sərt qərar qəbul edilib. Dini simvolların rəsmi qurumlarda istifadə edilməsi qadağan olunub. Buraya müsəlman partiyaların qadın üzvlərinin baş örtüyü ilə dövlət orqanlarında işləməsi də daxildir. Qanun layihəsi Ali Məclisdə keçirilən referendumda 55% səs toplayıb. Referendum ölkədə dövlət və din münasibətlərindəki çərçivələri müəyyən etmək məqsədilə təşkil edilib.
Latakiya və Hələb atəşə tutuldu
Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar. Bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.
ABŞ bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər
ABŞ-ın quru qoşunlarının Suriyadan çıxarılması, ehtimal ki, bir neçə yaxın həftə ərzində başlayacaq. Bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel deyib.
"İran atom bombasının hazırlanma düsturunu bilir, ancaq..." - Axunddan ŞOK AÇIQLAMA
“Nüvə enerjisinə yiyələnmək, bizim üçün həyati məsələdir. Biz, heç vaxt atom bombası düzəltmək niyyətində olmamışıq. Baxmayaraq ki, bizdə atom bombasının necə hazırlanmasının düsturu var, lakin biz heç bir zaman kütləvi qırğın silahlarına yiyələnmək, onlardan istifadə etmək niyyətində olmamışıq”. Bu sözləri Tehran cümə namazının imamı, Üləma Məclisinin üzvü axund Əhməd Hatəmi deyib.










.jpg)



