İranda GÜCLÜ ZƏLZƏLƏ - Xəsarət alanlar var

İranın Hormozqan əyalətində 5.2 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Keşmə dairəsindəki Laft kəndinin yaxınlığına yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə olub.

Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilib.

Zəlzələ nəticəsində 15 yaşayış binasına ziyan dəydiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31