ABŞ-dan dəhşətli HAVA HÜCUMU - Ölənlər var
9 Fevral 2019 20:25 DünyaABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsinə hava hücumu təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı SANA agentliyi paylaşıb. Məlumata görə, hücum nəticəsində ən az 3 mülki vətəndaş dünyasını dəyişib.
Məsələ ilə bağlı koalisiya hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, 2019-cu ilin ilk günündən bu günə kimi ABŞ koalisiyasının hücumu nəticəsində 40-dan çox dinc əhali həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31