Erməni politoloqdan hökumətə xəbərdarlıq: "Ukrayna təcrübəsi Ermənistan üçün dərs olmalıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, siyasi şərhçi Ayk Xalatyan İrəvanda keçirilən Avropa liderlərinin sammitini və baş nazir Nikol Paşinyanın xarici siyasət kursunu kəskin tənqid edib. Ekspert bildirib ki, Avropa İttifaqı ilə münasibətlərin inkişafı vacib olsa da, bu, Ermənistanın əsas iqtisadi və enerji tərəfdaşı olan Rusiya ilə əlaqələr hesabına baş verməməlidir. Xalatyan qeyd edib ki, hazırkı hakimiyyətin "diversifikasiya" siyasəti tərəfdaşların artırılmasına deyil, qeyri-dost ölkələrin sayının çoxalmasına xidmət edir.

Şərhçinin fikrincə, rəsmi İrəvanın sammitdəki anti-Rusiya bəyanatlarına qoşulması və avrointeqrasiya ilə bağlı addımları ölkəni geosiyasi qarşıdurmada tərəfə çevirir ki, bu da ciddi iqtisadi və təhlükəsizlik riskləri yaradır. O, hökumətin Azərbaycan və Türkiyə ilə münasibətlərdə "eskallasiyadan qaçmaq" adı altında güzəştlərə getdiyi halda, Rusiya ilə münasibətlərdə eyni ehtiyatı nümayiş etdirməməsini ziddiyyətli addım kimi qiymətləndirib. Ukrayna nümunəsinə toxunan Xalatyan, Qərbin vədlərinin böyük borclara və qeyri-müəyyənliyə səbəb olduğunu xatırladaraq, vətəndaşları 7 iyun seçkiləri ərəfəsində bu təhlükəli meyilləri nəzərə almağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31