Tramp: “İran maliyyə çöküşünün astanasındadır” – ÖZƏL
10:26 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın ağır iqtisadi böhranla üzləşdiyini bəyan edib. O bildirib ki, rəsmi Tehran kəskin vəsait çatışmazlığı səbəbindən Hörmüz boğazının dərhal açılmasını tələb edir.
Trampın sözlərinə görə, ölkə hər gün 500 milyon dollar itirir. İqtisadi gərginlik artıq dövlət strukturlarına da təsir edib, belə ki, hərbçilər və polis əməkdaşları əməkhaqlarının ödənilməməsindən şikayət edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31