Hindistan Müdafiə Nazirliyi: Hörmüz boğazındakı vəziyyət ölkənin təhlükəsizliyini təhdid edir- ÖZƏL

Yaxın Şərqdə davam edən gərginlik fonunda Hörmüz boğazında baş verən fasilələr Hindistan üçün uzaq bir təhlükədən daha çox, onun təhlükəsizliyinə və iqtisadi sabitliyinə təsir göstərir.  Olaylar.az xəbər verir ki, bu barədə müdafiə naziri Rajnath Singh Almaniyaya səfəri zamanı bildirib.
Nazir vurğulayıb ki, "Enerji ehtiyaclarının əhəmiyyətli bir hissəsini Qərbi Asiya regionundan alan Hindistan kimi inkişaf etməkdə olan bir ölkə üçün Hörmüz boğazındakı fasilələr uzaq bir hadisə deyil, təhlükəsizliyimiz və iqtisadi sabitliyimiz üçün birbaşa nəticələrə səbəb olan sərt bir reallıqdır".
Sinqin sözlərinə görə, mövcud geosiyasi gərginliklərə artıq regional məsələlər kimi baxmaq olmaz. Hindistan müdafiə naziri vurğulayıb ki, bu şəraitdə "əlaqəli cavablar və möhkəm strateji tərəfdaşlıq" vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31