"Axios": Uitkoff və Kuşner İranla danışıqlar üçün Pakistana gəlməyiblər
21:38 DünyaABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və sahibkar, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner İranla danışıqlar aparmaq üçün Pakistana getməyiblər.
Olaylar.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumatda qeyd olunur: "Stiv Uitkoff və Cared Kuşner də hələ də ABŞ-dadırlar. Bu səhər onları Mayamidən Avropaya və oradan Pakistana aparmalı olan Daxili Təhlükəsizlik Departamentinin təyyarəsi bir neçə dəqiqə əvvəl havaya qalxıb və indi Vaşinqtona gedir. Onlar ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdıra bilərlər".
Daha əvvəl CNN mənbələrə istinadən ABŞ vitse-prezidenti J.D. Vancein Pakistanda İranla danışıqlarda iştirak etmək üçün hələ Vaşinqtonu tərk etmədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31