Pakistan İrandan cavab gözləyir
20:23 DünyaVasitəçi rolunu öz üzərinə götürən Pakistan hələ ki, İrandan ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməklə bağlı rəsmi cavab almayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataullah Tarar bildirib.
Tarar "X" sosial şəbəkəsində yazıb: "İran tərəfinin nümayəndə heyətinin İslamabadda keçiriləcək sülh danışıqlarında iştirakı ilə bağlı rəsmi cavabı hələ də gözəyirik".
O, müharibə edən tərəflər arasında iki həftəlik atəşkəsin bağlanmasına bir neçə saat qaldığı üçün qərarın "kritik" olduğunu söylədi. Prezident Donald Tramp daha əvvəl İranla atəşkəsin uzadılmasını istəmədiyini və danışıqların uğursuz olacağı təqdirdə ABŞ ordusunun hərəkətə keçməyə hazır olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31