Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2025-ci ilin hesabatını açıqlayıb: Çevriliş cəhdinin qarşısı alınıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin 2025-ci il üzrə hesabatında qlobal güclərin rəqabəti fonunda kiçik dövlətlərin suveren siyasət yürütməsinin çətinləşdiyi vurğulanıb. Sənəddə beynəlxalq ticarətin strateji təsir alətinə çevrildiyi, logistik marşrutlar üzərində nəzarət uğrunda mübarizənin kəskinləşdiyi qeyd olunur. 

Hesabat dövründə Gürcüstan üçün ən böyük təhlükənin Rusiyanın işğalçılıq siyasəti və ilhaq cəhdləri olduğu bildirilib. Həmçinin, xarici xüsusi xidmət orqanlarının və destruktiv qüvvələrin hibrid müharibə metodlarından istifadə etdiyi, həyata keçirilən tədbirlər nəticəsində ölkədə hakimiyyətin zorla dəyişdirilməsi cəhdinin qarşısının alındığı xüsusi qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31