İrana qarşı müharibə ABŞ-nin beynəlxalq nüfuzunu sarsıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico" nəşri yazır ki, İrana qarşı hərbi əməliyyatlar ABŞ-nin beynəlxalq arenadakı nüfuzuna zərbə vurur və Vaşinqtonun müttəfiqləri ilə münasibətlərində parçalanmanı sürətləndirir. Yanacaq qıtlığı və nəqliyyat məhdudiyyətləri fonunda müsəlman ölkələrində antiamerika meyilləri güclənir, hətta NATO müttəfiqləri belə əvvəlcədən məsləhətləşmələr aparılmadığı üçün ABŞ-yə dəstəyi məhdudlaşdırırlar. 

Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Tomas Rayt bildirib ki, hazırda nə müttəfiqlər, nə də rəqiblər ABŞ-nin strategiyasını tam anlamır. Analitiklər və diplomatlar bu vəziyyətin ABŞ-nin xarici siyasəti üçün hələlik kritik olmadığını, lakin tərəfdaşlarla münasibətlərin daha da pisləşəcəyi təqdirdə bunun uzunmüddətli mənfi nəticələr doğuracağını vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31