Aİ nəqliyyat nazirləri neft böhranı və aviayanacaq qiymətlərini müzakirə edəcəklər – ÖZƏL
11:26 DünyaAprelin 21-də Avropa İttifaqının nəqliyyat nazirləri neft böhranının nəticələrini, xüsusilə aviayanacaq bazarındakı vəziyyəti müzakirə etmək üçün bir araya gələcəklər.
Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, Aİ Şurasına sədrlik edən Kipr hazırda kerosin qıtlığının yaşanmadığını, lakin kəskin qiymət artımının aviasiya sektoruna ciddi təzyiq göstərdiyini bildirib. Bu çərçivədə Avropa Komissiyasının üzv ölkələrə cari vəziyyətlə bağlı tövsiyələr təqdim edəcəyi gözlənilir.
Sənəd layihəsində hökumətlərə hava nəqliyyatına alternativ olan nəqliyyat növlərini dəstəkləmək çağırışının yer aldığı qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31