Ermənistan regional kommunikasiyaların açılması üzərində işləyir – Rəsmi İrəvan

Ermənistan qarşılıqlı əsasda regional kommunikasiyaların açılması üzərində işləyir.

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antaliya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkə regional əlaqəliliyin bərpası prosesində fəal iştirak edir.

"Bu gün qarşılıqlı əsasda kommunikasiyaların açılması ilə bağlı siyasi öhdəliklərə əsaslanan yeni bir başlanğıcımız var. Biz bu istiqamətdə fəal işləyirik", - deyə Kostanyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31