Devis: ABŞ güzəştə getməsə, İranla münaqişə davam edəcək - ÖZƏL
19:24 DünyaABŞ ordusunun təqaüddə olan leytenant-polkovniki Daniel Devisin sözlərinə görə, ABŞ İrana qarşı güzəştlərə razılaşmadıqca Yaxın Şərqdəki münaqişə bitməyəcək.
Olaylar xəbər verir ki , Devis sosial media hesabında yazıb : "Əgər ABŞ güzəştə getməkdən imtina edib tələb etməyə davam edərsə, atəşkəs müddəti bitdikdən sonra müharibə davam edəcək".
ABŞ prezidenti Donald Tramp daha əvvəl NATO-dan Hörmüz boğazında yardım təklifi aldığını, lakin bundan imtina etdiyini bildirmişdi . O, həmçinin Hörmüz boğazını "İran boğazı" adlandırdı və onun açılmasına görə təşəkkür etdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31